Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri.

Narazılığın səbəbləri Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi. Abbas Qulu xanın yetərincə çevik olmayan daxili siyasəti, tezliklə qızılbaşlardan ibarət Herat qarnozonunun narazılığına səbəb oldu. Onlar Abbas Qulu xanı tutub İsfahana göndərdilər ki, əvəzinə başqa hakim göndərsinlər. Bu fövqəladə hadisə ilə bağlı olaraq Abdulla oğlu ilə birlikdə zindandan qaça bildi. Onlar bütün narazıları öz bayrağı altına yığmağa başladılar. Əsədullanın başçılıq etdiyi dəstələr İsfahandan Herata göndərilən Cəfər xan Ustaclının korpusunu məğlub etdilər. Sonra abdali tayfası Quriyyan yaxınlığında onlara qarşı Məşhəd hakiminin göndərdiyi qoşunu məğlub etdilər.

Abdalı tayfasının güclənməsi 1716-cı ildə Məşhədə get-gedə güclənən abdali tayfası ilə mübarizə üçün yeni hakim gəldi Fətəli xan Türkmən. Qusuyyedə, Heratdan təxminən 80 km. qərbdə, onun çoxminlik ordusu abdali qoşunu ilə qarşılaşdı. Döyüş vaxtı Fəth Əli xan vəziyyəti öz xeyrinə dəyişə bildi və Əsədullanı qaçmağa məcbur etdi. Lakin təxminən min nəfərlə Əsədullanı qovmaqda olan Fəth Əli xan əsas qüvvələrdən aralandı və Əsədullanın geriyə çevirdiyi qoşunla üz-üzə qaldı və məğlub oldu. Fəth Əli xan həlak oldu. Təşviş içində atılan toplar və sursat abdaliyə qaldı. Öz uğurunu inkişaf etdirərək Əsədulla xan Məşhədə qədər gəldi, ama uğursuz mühasirədən sonra Herata qayıtdı.Lokhart L. The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia. Cambridge, 1958. s.99

Abdalı tayfası ilə gilzayların toqquşması Şah sarayı abdalı tayfasının genişlənən hərəkatını yatırmaq üçün son cəhd etdi. Bəzi mənbələrə görə bu 1719-cu ildə baş verdi. Bu məqsədlə Xorasana, sayı 35 min olan yaxşı təchiz olunmuş korpus və artilleriya ilə, Səfi Qulu xan göndərildi. Nişapurda o, şimaldan gəlmiş və özbaşınalıq edən türkmənlərə görə yubanmalı oldu. Onları məğlub edərək, Səfi qulu xan Məşhədə daxil oldu, qısa dincdən sonra Herata yollandı. Lakin burada o Əsədullaya məğlub oldu və özünü barıt çəlləyi ilə partlatdı. Heratda möhkəmlənən Əsədulla Qəndəharda yerləşən gilzaylarla müharibəyə hazırlaşmağa başladı.

Əsədullanın abdalı tayfası ilə Mahmudun gilzayları arasında həlledici döyüş, Fərəhdən təxminən 120 km şərqdə, Dilaram yanında baş verdi. Abdalı sarsıdıcı məğlubiyətə uğradılar. Əsədulla xan öldürüldü.Lokhart L. The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia. Cambridge, 1958. s.100

Gilzayların qiyamı

Herat vilayətində abdali tayfası mühitində qarşıdurmalar davam edən müddətdə, ölkənin mərkəzində vəziyyət köklü surətdə dəyişdi 1722-ci ildə qilzaylar İsfahanı və Səfəvi taxtını aldılar. Paytaxt süqut edəndən sonra şah Sultan Hüseynin oğullarından biri Təhmasib də özünü şah elan etdi və bütün narazıları öz ətrafında yığmağa başladı. O Mazandaranı öz əsas bazası etdi. Əfşar tayfasından olan gənc və çox enerjili sərkərdə Nadir ona qoşuldu. Qısa müddət ərzində 1726-cı ilin dekabrında Nadir Məşhədi tutdu. Buranın hakimi Məlik Mahmud Sistani əvvəlcə sürgün , sonra isə edam edildi.Lokhart L. Nadir shah. A Critical Study Based Mainly upon Contemporary Sources. L.,1938

Nadirin abdalı tayfasına qarşı yürüşü

Məşhəd Nadirin əsas bazası və qərargahı, sonralar isə paytaxtı idi. Səfəvilərin Məşhəd rayonunda nominal, əslində isə özünün, hakimiyətini möhkəmləndirən Nadir, tabe əraziləri genişləndirməyə başladı. Məsələn 1727-ci ildə o kiçik Kain şəhərinin hakimini Təhmasibə tabe olmasına nail oldu. Növbədə abdali tayfası və onların əsas dayağı olan Heratın tabe edilməsi dururdu. Nadir anlayırdı ki abdaliyə qarşı yürüş bütün dövlətin taleyini həll etməlidir.

O İranda rus rezidenti olan S.Avramova deyirdi: "50 minlik əfqan abdaliyə qarşı gedirik, əgər qalib gəlsək, onda səni bir şahid kimi buraxacağıq, əgər məğlub olsaq onda bil ki, İran dövlətinin sonudur və özün öz taleyini həll et".цит. по Арунова М.Р. Гератское восстание Независимый Афганистан. M., 1958, s. 153-163 Bu sözlər, abdali tayfasının Nadirin qoşununu hətta darmadağın etməsi ehtimalının nə qədər güclü olmasını göstərir. Öz döyüş bacarığını onlar Səfəvilərlə 1716–1719-cu illər döyüşlərində göstərdilər. Heratdan 100 km qərbdə yerləşən Sanqan şəhəri civarında abdalinin 7–8 minlik korpusu ilə qarşılaşan Nadir şəxsən onların inadına şahid oldu. Nadirə tabe olmamaqlarına kömək etmək üçün 1727-ci ildə abdali bu şəhərə yaxınlaşdı.

Nadir abdali tayfasının Sanqana yaxınlaşmasını gözləməyərək sanqanlıları məğlub etdi. Buna baxmayaraq abdalıilərlə döyüş dörd gün davam etdi. Nadir cəzairçi tüfəngçilərini, onlara rəqibə sərrast atəş imkanı verən açıq səngərlərdə yerləşdirdi, özü isə 500 süvari ilə abdali tayfasının cinahlarına və arxasına, abdali qoşunu geri çəkilənə qədər ardıcıl zərbələr endirdi.Мухаммед-Казим. Наме-йи аламара-йи надири("Мироукрошающая Надирова книга") Изд.текста предисл. Н.Д. Миклухо-Маклая. Т. 1-3. М.,1960-1966(ПЛНВ. Тексты. Большая серия, 13)

Aldığı təcrübə Nadirə onun abdaliyə qarşı 1729-cu ildəki yürüşündə də ehtiyatlı olmağa sövq edirdi. O mayın 3-də Məşhəddən çıxdı.

Xarici təhlükə qarşısında abdali tayfası daxili qarşıdurmanı dayandırdılar. Heratda Allahyar oturdu, Fərəhdə Zülfiqar. Qoşunlar, on il əvvəl abdali tayfası Səfi qulu xanın qızılbaşlarının darmadağın etdikləri Kafir-Qalada qarşılaşdılar. Abdali tayfası qızılbaşları ilk sıxışdırsa da, güman ki Nadirin şəxsən süvarilərin hücumuna başçılıq etməsi vəziyyəti dəyişdi. İki gün davam edən döyüşdə Nadir qalib gəldi. Abdalilər yaralıları, topları və sursatı ataraq Herata sığındılar. Lakin Allahyar Nadirlə bir dəfə də Rəbat-i- Periyyanda qarşılaşdılar. Abdali yenə məğlub oldu və Nadirlə sülh razılığına gedəcəkdilər, ama Zülfiqarın yaxınlaşması, onları ruhlandırdı. Allahyar Nadirin düşərgəsi olan Şəkibana şərqdən hücum etdi, Zülfiqar isə qərbdən. Belə çətin vəziyyətdə Nadir çıxış yolu tapa bildi və qüvvələrini elə paylaşdırdı ki nəinki ikiqat zərbəyə dözə bildi, həm də sonda qalib gəldi.Lokhart L. Nadir shah. A Critical Study Based Mainly upon Contemporary Sources. L.,1938 səh. 31-32

Müvəqqəti sülh Nadir şah tərəfdən daha bir məğlubiyətə uğradılan, heratlılar, onun şərtlərinə razılaşdılar və bəxşişlərlə onun yanına gəldilər. 1729-cu ilin iyununda ümumi razılıq əsasında sülh bağlandı. Allahyar Heratın hakimi olaraq qalırdı ama Səfəvilərin adından idarə etməliydi. Abdalı tayfası xəzinəyə vergi verməyi boyun oldular. Nadir Heratda öz qarnizonunu, yerli camaatı qəzəbləndirməmək üçün yerləşdirmədi. Hər iki tərəf sövdələşməni müvəqqəti hesab edirdi. Heratda olduqca gərgin vəziyyət hökm sürürdü. Bu barədə Barnabadinin "Təzkirə"sində belə nəql olunur ki, Nadirlə birlikdə Herat əyalətini şiələr də tərk etdi. Onlar bunu təhlükəsizliklərinə görə etdilər. O cümlədən, bir neçə illiyə öz doğma yurdlarını ruhanilərdən olan mülkədarlar - Barnabadilər nəslinin nümayəndələri də tərk etdilər. Elə həmin vaxt Xorasanın şimalına şiə-cəmşid tayfaları yerləşdi.Барнабади Мухаммад Риза. Тазкире. Рукопись С 402, л. 36а; 6, т.1, л. 73

Nadirin nisbətən yumşaq şərtləri, onun tutduqları İsfahandan hər tərəfə hakimiyətlərini yayan və o zaman artıq Səmnanı mühasirəyə alan qilzaylarla gözlənilən müharibədə iki cəbhəyə vuruşmamaq niyyətindən irəli gəlirdi.

Nadir qısa zaman ərzində əfqanları oradan qovaraq İsfahanı geri aldı, və Osmanlılarla münasibətlərdə müəyyən uğurlara nail oldu. Bundan sonra o yenə bütün diqqətini Herat əyalətinə yönəltdi, çünki iki-üç il ərzində abdalı mühitində Səfəvi hakimiyətinə qarşı yenə narazlıq qalxdı, buna böyük dərəcədə əfqanların Qəndəhar hakimi Hüseynin onlarla sövdələşməsi təkan verdi. Nəticədə heratlılar, Nadir qarşısında götürdüyü öhdəliklərə əməl etməsinə görə Allahyarı qovdular, və daha aqressiv Zülfüqarı çağırdılar, o isə Herata gələrək, Məşhəd üzərinə yürüşə hazırlaşmağa başladı. Bundan xəbər tutan Allahyar da olduğu Maruçakdan, Məşhədə tələsdi. Lakin Zülfiqarın Məşhədi almaq üçün yetərincə qüvvəsi olmadığına görə o bir neçə kiçik toqquşmadan sonra Herata qayıtdı. Elə ki Nadirin abdalı tayfasına qarşı yeni yürüş barədə məlum oldu, Zülfiqar bunu dəf etmək üçün düşünməyə başladı. O bu məqsədlə, əvvəllər heratlıları Səfəvi hakimiyətindən qurtulmağa çağıran Gəndəhar hakimi Hüseynə müraciət etdi. Hüseynin bu barədə öz niyyəti vardı, o Nadirin abdalı tayfası ilə toqquşmasında maraqlı idi. Çünki bu halda onlar qarşılıqlı olaraq tükənib Qəndəhara təhdid ola bilməyəcəkdi. Buna görə o Nadirlə əlaqələri düzəltmək istəyirdi və eyni zamanda Nadirə qarşı Zülfiqara kömək kimi 2-3 minlik seçmə qoşun göndərmişdi. Nadirin abdalıya qarşı yeni kampaniyası 1730-cu il avqust ayının 16-da Nadir Təbrizdən Məşhədə doğru hərəkətə başladı.Lokkart L. Nadir şah , ... c.63 O, hətta şəxsi əşyalarını da sərkərdələrinə tapşırdı ki, onun sürətli hərəkətinə mane olmasın. Nadir istəyirdi ki, mümkün qədər tez Məşhədə yetişsin. Ondan xahişlər edilsə də, Nadir yol boyu uzunmüddətli istirahətlərə dayanmadı. Qəzvinə çatandan sonra ona xəbər gətirdilər ki, əfqanlar Məşhədin mühasirəsini dayandırıb Herata dönüblər. Bu xəbər Nadiri bir qədər sakitləşdirdi.Aləm Ara-ye Naderi, c.I, ... s.160

Nadir 35 gündən sonra Nişapura çatdı. Nadir Məşhəd ətrafında vəziyyətin mürəkkəbləşməsinə, Məşhəd qarnizonunun qaladan kənara çıxaraq əfqanlarla döyüşə girməsinə görə qardaşı İbrahim xandan çox qəzəbli idi. Ona görə xəbər göndərdi ki, o gələnə kimi, İbrahim xan Məşhədi tərk etsin və Əbivərdə yollansın.

Nadirin Məşhədə gəlməsi Heratı ələ keçirmiş Zülfüqar xanı ciddi təşvişə saldı. O bir müddət yuxarıda toxunulan işlərə vaxt sərf etsə də Zülfüqar xan şübhə etmirdi ki, Nadir üzünü Herata sarı da çevirəcəkdir. Buna görə o da müəyyən hazırlıq işləri görməyə çalışırdı. Ona yardım edə biləcək yeganə adam Qəndəhar hakimi, Mahmud Gilzayinin qardaşı Sultan Hüseyn idi və ona görə də ona müraciət etdi. Sultan Hüseyn də Nadirin qəzəbindən və Nadirin bir gün onun da üstünə qoşun çəkəcəyindən qorxurdu. Buna görə də o, böyük bir dəstə silahlandırıb Zülfüqar xanın yardımına göndərdi.Tarix-e Cahanqoşa-ye Naderi ... s. 191-192Lokkart L. Nadir şah , ... C..63

Nadirin qoşununun sayı 36 min nəfəridi və onların əsasını əfşarlar, mərvilər,qaracurlular, qacarlar, bayatlar bəğayirilər və digər soylar təşkil edirdilər. Göründüyü kimi, Nadir əvvəllər olduğu kimi bu döyüşdə də əsasən türk soylarına arxalanırdı. Məşhəddən yola düşməzdən əvvəl Nadir İmam Rzanın məqbərəsini ziyarət etdi (165). Herata doğru hərəkət zamanı Nadir marşrutu üzərində olan və hələlik onun nəzarəti altında olmayan qalaları və məntəqələri də nəzarət altına götürdü. Herat üzərinə qəti hücumun təşkil edilməsi üçün bu şəhərdən üç fərsəng məsafədə olan bir yerdə qoşunlar düşərgə saldı.Nadir qoşunları üç gün həmin məntəqədə istirahət edib həlledici döyüşlərə hazırlaşdılar. Nadirin qoşunlarının Herat ətrafına çatması haqqında Zülfüqar xana da məlumat verildi. Həmin xəbəri alan kimi Zülfüqar xan Herat ətrafındakı əhalini qala daxilinə köçürdü, qalanın möhkəmləndirilməsi tədbirlərinə əl atdı. Qala möhkəmləndiriləndən