Kiwix ("kiviks" tələffüz edilir) — İnternetə qoşulma olmadan Vikipediya məqalələrin oxunması üçün azad proqram təminatıdır. Məqalələrin və təsvirin tərkibi ZIM formatında sıxılmış fayl şəklində saxlanılır.
Kiwix genişzolaqlı şəbəkəyə qoşulma mümkün olmayan və ya Vikipediya saytı senzuranın altında olan yerlərdə Vikipediyadan sadə və rahat istifadə etmək üçün yaradılmışdır. Bu proqram təminatından ilk dəfə almanca Vikipediya üçün DVD-lər vasitəsilə istifadə olunurdu.
Mobil əməliyyat sistemi olan Android üçün Kiwix proqramı Google Play mağazasında mövcuddur.
Kiwix-lə birlikdə Kiwix veb-server (kiwix-serve) kimi işləyən və Vikipediya ilə sizin Kiwix proqramınızı lokal şəbəkə daxilində bütün kompüterlərdə sinxronizasiya edən xidmət mövcuddur. Bu xidmətin iş prinsipi http://library.kiwix.org
İstinadlar
Xarici keçidlər
Kiwix — Rəsmi səhifə Kiwix + WP1 selection (~4 GB) Kiwix + Məktəblər üçün ingiliscə Vikpediya 2013-cü il, 6 min məqalə şəkillərlə (~4,7 GB)
Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:Vikipediya Kateqoriya:Proqram təminatı tərtibatı