Mürvətova Hüsniyyə Vaqif qızı () — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002).
Həyatı Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
2000-ci ildə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanır. Hazırda Orxan adlı bir oğlu var. Atası şair Vaqif Mürvətov (Vaqif Tacı Ələzli) 2021-ci ildə vəfat edib. Hüsniyyə Mürvətova atasının o tamaşada olarkən vəfat etdiyini açıqlayıb.
Əsas rolları Sumqayıt Dövlət Dram Teatrı Ad Rol Dərs (Rafiq Səməndərov) Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır
Bakı Bələdiyyə Teatrı Ad Rol Tomris (O. Altunbay) Tomris Nadir şah (Nəriman Nərimanov) Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) Əsmər Dəli Domrul (A. Məmmədov) Banı Ağ və qara (H. Fətullayev) qız İnsan və iblis (Ə. Pəhləvan) Şükriyyə Elektra (Sofokl) Elektra Xəyanətin müsibəti (İ. Kərimov) Ümmi İshaq Dönüş (C. Cabbarlı) Gülsabah Türk sancağı (A. Qurbani) Yasəmən İblis (H. Cavid) İblis Şanlı Vətən Jurnalist Nəsimi Fatma Nizami Şuşada ürəyim qaldı Sən Qayıdacaqsan Qadın Çingiz Aytmatov "Ana tarla" Tolqonay Elcin Əfəndiyev "Şekspir" Sara Bernar Ötən günlər Özbək xanım
Filmoqrafiya İl Ad QeydRolRejissor 1992 Ünvansız qız TeleserialRövşən Almuradlı 1993 Mənim ağ şəhərim FilmGülsümMərahim Fərzəlibəyov 1994 Anamın kitabı Rövşən Almuradlı 1995 Muğam Şeir deyənTariyel Vəliyev 1996 Mənim taleyim TeleserialBəhram Osmanov 1998 Qırmızı qar FilmMərahim FərzəlibəyovMəhkumlarFilmLeyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva)Mehriban Ələkbərzadə 2007 Yanmış körpülərTəhminəElçin Məmiyev Qızlar TeleserialTuranNamiq Ağayev 2009 Daş atan Film 2010 Susmuş vicdanElçin Cahangirli 2011 Aramızda qalsın TeleserialRüfət Şahbazov, Ramin Nəbiyev 2012 Salamat qal ağca yol Qısametrajlı film-tamaşaMəhərrəm Bədirzadə 2014 Boyunbağı TeleserialElçin Məmiyev 2017 İkinci güllə Qısametrajlı dram filmiqırmızı paltarlı qadınNatiq Rəsul 2018 Qaragöz Film Qorxaq 2019 Qara yazı Teleserial Məhəbbətə məğlub Elşən Heydərov 2020 Flora Film 2022 Zəhər Tuluğu 2023 Qütb ulduzu Qısametrajlı bədii filmŞirin Əhmədov 2024 Ərik Acısı Rusiya istehsalı serialAlıksandr Moxov Gündəlik TeleserialPərviz Həsənov 2024 Əlvida Xoşbəxtlik Vüsal Məmmədov İzqoi Rusiya istehsalı serialSergey Çekalov Spinozanın tanrısı Bədii filmCavid Təvəkkül 2025 ,,Mən ,lalə və Şerlok Homs,,
İstinadlar
Xarici keçidlər “Yolun düşsə, bu dünyaya bir də gəl” - Vaqif Tacı Ələzlinin xatirəsinə
Kateqoriya:Azərbaycan aktrisaları