Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur.

Həyatı Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir.

681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi.С.Е.Малов Памятники древнетюркской письменности Монголии и Киргизии. — Издательсво академии наук СССР, 1959. — 7-11 с. — 2000 экз. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi.

683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu. Belə ki, türk torpaqlarının valisi Çjan Xinşi, Li Sikyan öldürülmüş, general Çuy Çjibyan isə əsir götürülmüşdü.

682-ci ildən sonra on il ərzində on yeddisi Çinə olmaqla qırx yeddi yürüş təşkil edən İltəriş xaqan onlardan iyirmisinə şəxsən qoşulmuşdur. Hər bir səfərində müvəffəq olduqları və heç vaxt məğlub olmadıqları iddia edilir.

694-cü ildə vəfat etmişdir. Yerinə qardaşı Qapağan xaqan keçdi.

Ailəsi İlbilgə xatunla evlənmiş, iki oğlu olmuşdur: Bilgə xaqan Kültigin

Həmçinin bax

İltəriş xaqan abidəsi

İstinadlar

Xarici keçidlər

İltəriş Kutluk Kaqan külliyəsi və Daş kitabəsi kəşf olunub

Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi Kateqoriya:Orta əsr qoşun başçıları