right|thumb|350px|Kallenlər (soldan sağa): Birinci cərgə: Karlayl Kallen (Piter Façinelli), Rozali Heyl (Nikki Rid), Emmet Kallen (Kellan Lats), Elis Kallen (Eşli Qrin), Casper Heyl (Cekson Retbon). İkinci cərgə: Esme Kallen (Elizabet Rizer), Edvard Kallen (Robert Pattinson), Bella Svon-Kallen (Kristen Stüart), Renesme Kallen (Makenzi Foy). Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir.

Əsas obrazlar Bella Svon

İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir.

“Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər. Bal aylarında Bella Edvarddan hamilə qalır, lakin uşağı dünyaya gətirərkən Bella ölür. Edvard və Bellanın qızı Renesme Kallen dünyaya gəlir. Edvard Bellanın həyatını qorumaq üçün onu vampirə çevirir.

Romanlar əsasında çəkilmiş “Alatoran” film seriyasında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır.

Edvard Kallen

Edvard Kallen Stefani Mayerin "Alatoran" romanlar seriyasının əsas qəhrəmanlarından biridir. O, "Alatoran", "Yeni Ay", "Tutulma, "Sübh" romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və hələ çap olunmamış “Gecəyarısı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir.

Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır.

Ceykob Blek

Ceykob “Ceyk” Blek Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyası və həmin romanlar əsasında çəkilmiş “Alatoran” filmlər seriyasının qəhrəmanıdır. O, əslən Forks, Vaşinqton yaxınlığındakı La Puş ərazisində yaşayan yerli Amerika tayfalarından biri olan Quilet tayfasına mənsubdur. İkinci kitabda Ceykob canavara çevrilə bildiyini öyrənir. Romanlar ərzində Ceykob Bellanın sevgisi uğrunda Edvardla mübarizə aparır.

“Alatoran” filmlər seriyasında Ceykob obrazı aktyor Teylor Lotner tərəfindən canlandırılmışdır.

Kallenlər Karlayl Kallen

Karlayl Kallen (həm də Streqon Benefiko kimi tanınır) Esme Kallenin həyat yoldaşı, Edvard, Emmet, Elis, Rozali və Casperin atalığıdır. O, ilk dəfə fiziki 23 yaşında Alatoran romanında görünür. Karlayl model kimi təsvir edilir: onun sarı saçları, arıq, lakin əzələli bədəni var. Onun fikrincə, vampirə çevrilmiş insanın əvvəlki həyatının müsbət keyfiyyətlərini yaşatmaq və inkişaf etdirmək imkanı var. O, insan həyatına məxsus şəfqət hissini daşıdığına inanır. Karlayl əsrlər ərzində tibbi biliklərini inkişaf etdirdiyindən mükəmməl bir həkimdir. Bir çox vampirlərdən fərqli olaraq, üç yüz illik fəaliyyətinin nəticəsi olaraq, insan qanının qoxusu onu özündən çıxarmır. Karlayl 1640-cı illərdə, dini çevrilişlər zamanı, London, İngiltərədə Anqlikan keşişinin ailəsində doğulmuşdu. Onun atası digər keşişlərlə birgə insanları qorumaq üçün cadugər, canavar adam və vampirləri ovlayırdı. Atası yaşa dolduqdan sonra isə Karlayl onun işini davam etdirir. Bir gecə o vampirin hücumuna məruz qalır və ölmək üçün küçənin ortasına atılır. Cəmiyyət tərəfindən rədd ediləcəyini bildiyindən gizlənir, ağrılarını gizlin yaşayaraq vampirə çevrilməsini tamamlaya bilir. Nəyə çevrildiyini öyrəndikdən sonra, bir neçə dəfə özünü öldürməyə cəhd etsə də, hər dəfəsində cəhdi boşa çıxır və o sağ qalır. Bir gecə artıq aclığa tab gətirməyərək bir neçə maralı ovlayır və qidalanır. İnsan qanı ilə qidalanmadan yaşaya biləcəyini öyrəndikdən sonra, o özünə söz verir ki, insan qanından uzaq duracaq və həkim olacaq.

O, bir müddət Valturilərlə birgə yaşayır, daha sonra onları tərk edərək Nyu-Yorka səfər edir. İnsanları ispan qripindən müalicə etdiyi vaxt, xəstə bir qadın ona yaxınlaşaraq, ölməkdə olan oğlu Edvardı xilas etməsini xahiş edir. Yalnızlıqdan bezən Karlayl Edvardı vampirə çevirir və həmin tarixdən sonra Edvard Karlaylın yoldaşı və oğulluğu olur. Bundan bir müddət sonra, 1921-ci ildə onlar Eşlənd, Viskonsinə köçürlər və burada Karlayl kiçik oğlunun ölümündən sonra özünü öldürmək istəyən Esmeylə rastlaşır. Karlayl onu xilas edir, vampirə çevirir, daha sonra ona aşiq olur və onunla evlənir. Karlayl Roşester, Nyu-Yorkda həyat yoldaşı və onun dostları tərəfindən ölümcül hala salınaraq küçənin ortasına atılmış Rozali Heyli tapır, onu ölümdən xilas edir və vampirə çevirir. Daha sonra ov zamanı Rozali ayı tərəfindən ölümcül yaralanış gənc oğlan Emmeti tapır və 100 mildən artıq yol qət edərək onu Karlaylın yanına gətirir. Rozali Emmetin qanını içsə, özünü saxlaya bilməyəcəyindən qorxur, buna görə də Karlayl özü onu vampirə çevirir. Karlaylı Emmeti çevirməsindən sonra ailə birlikdə Hoquiam, Vaşinqtona köç edir və burada yerli Amerika tayfası olan Quiletlərlə müqavilə bağlayırlar: əgər Kallenlər ərazidə yaşayan insanlara hücum etməsələr və Quiletlərin ərazilərinə soxulmasalar, Quiletlər onları rahat buraxacaq. Kallenlər razılığa sadiq qalaraq uzun müddət sülh içərisində yaşayırlar. Vaşinqtona səfərləri zamanı Elis və Casper onların ailəsinə qoşulur. Romanlar seriyası ərzində Karlayl həkim kimi fəaliyyət göstərir, ailənin başçısı olur və Bellanın doğumu və çevrilməsi zamanı ona kömək edir.

Forbes jurnalının 2009-cu il açıqlamasına əsasən Karlayl Kallen 370 illik fəaliyyət və müasir investisiyalarının nəticəsi olaraq, $34.5 milyard varidatla siyahıya rəhbərlik etmişdir.

Alatoran filmlər seriyasında Karlayl Kallen obrazı Piter Façinelli tərəfindən canlandırılmışdır.

Esme Kallen

Esme Kallen (doğulub Esme Platt, sonradan Esme Evenson) Karlaylın həyat yoldaşı, Edvard, Emmet, Elis, Rozali və Casperin analığıdır. Onun fiziki yaşı 26-dır. O, köhnə evləri restavrasiya etməklə məşğuldur. Xüsusi bacarığı olmamasına baxmayaraq, o, güclü sevmək qabiliyyətinə malikdir. Esme karamel rənqli saça malikdir; ürək formalı üzündə batıqları var, hündür boylu, lakin dolu və yüngül bədənlidir. Esme 1895-ci ildə Kolumbus, Ohayoda doğulub, on altı yaşı olanda ağac qaldırarkən ayağını sındırır və Karlayl onu müalicə edir. O, Çarlz Evensonla evlənir, lakin əri ondan sui-istifadə edir. Hamilə olduğunu öyrəndikdə o qaçır və oğlan uşağı dünyaya gətirir, lakin uşaq bir neçə gün sonra ölür. Övladının ölməsindən sonra Esme özünü qayadan ataraq intihar etmək istəyir. Öldüyü ehtimal edilən Esme morqa gətirilir. İllər əvvəl onu sağaltmış Karlayl, gizli qəlb döyüntüsünü eşidir və Esmeni vampirə çevirərək xilas edir. Esme Karlayla aşiq olur və bir müddət sonra onlar evlənirlər. Esme Bella da daxil olmaqla bütün övladlarını çox sevir, xüsusilə Edvard üçün çox narahat olur, lakin hələ də özü uşaq doğa bilmədiyinə görə üzülür.

Esme bütün Alatoran romanları boyunca hadisələrdə iştirak edir, öz keçmişi haqqında Bellaya Alatoran romanında, beysbol yarışı zamanı Bellaya danışır. Esme Bellanı öz övladı kimi qəbul edir, bir neçə hadisədən sonra yaralanan Bellaya qulluq edir. "Alatoran. Saqa: Tutulma" filmində Esme yeni doğulmuş vampirlərə qarşı mübarizədə iştirak edir, lakin Şəfəq romanında Sem Esmenin döyüşçü olmadığını deyir. Şəfəq romanında bəlli olur ki, Esmenin Cənubi Amerikada özünəməxsus Esme adlı adası var və ada ona Karlayl tərəfindən alınıb. Edvard və Bella bal ayını Esmenin adasında keçirir.

Alatoran filmlər seriyasında Esme Kallen obrazı aktrisa Elizabet Rizer tərəfindən canlandırılıb.

Elis Kallen Elis Kallen (doğulub Mari Elis Brendon) Karlayl və Esme Kallenlərin qızlığı, Edvard və Emmet Kallenlərin, həmçinin Rozali Heylin ögey bacısı, Casper Heylin isə partnyorudur. Elis miniatür görünüşlü, incə hərəkətlidir, onun qara, biz duran, qısa görünüşlü saçları ilk baxışdan Elisə elf görünüşü verir. Onun xüsusi bacarığı gələcəyi görməsinə imkan verir ki, bu da insanlar kimi hissiyyatlı olmasını təmin edir. Lakin onun xüsusi bacarığı məhduddur, belə ki, Elis yalnız haqqında qərar qəbul edilmiş hadisələrin nəticələrini görə bilir. Buna görə də, haqqında dəqiq qərar olmayan hadisələri görə bilmir. Elis insanlar və vampirlərin gələcəyini görə bilsə də, Renesme kimi yarımqanlıların (yarı vampir, yarı insan) və canavar adamların keçmişini görə bilmir. Şəfəq romanında Elis belə bir nəzəriyyə irəli sürür ki, o vaxtilə insan olduğuna görə insanların gələcəyini aydın görür, indi vampir olduğuna görə isə vampirlərin də gələcəyini görür, yarımqanlar və canavar adamların gələcəyini isə görə bilməməsinin səbəbi heç vaxt onlardan biri olmamasıdır. Elis şən və optimistdir, Bellanı bacısı kimi sevir və qayğısına qalır. O həm də qardaşı Edvarda çox bağlıdır, alış-veriş etməyi sevir, partilər təşkil edir. Elisin həyatının ilkin dövrü haqqında heç bir məlumat yoxdu, o təkcə yalnız bir yerdə vampir olaraq ayıldığını xatırlayır. Lakin sonradan bilinir ki, 1901-ci ildə Biloksi, Missisipi də doğulmuş həddən artıq hissiyyatlı olduğuna görə yataqxanaya verilmişdir. Elisi ovçu vampir olan Ceymsdən qorumaq üçün yataqxanada işləyən qoca bir vampir onu çevirmişdi. Bir qədər axtarışdan sonra öz məzarını tapan Elis məzar daşında onun yataqxanaya götürüldüyü tarixin yazıldığını görür. Axtarışları zamanı o öyrənir ki, Sintiya adlı kiçik bacısı olub və bacısının qızı indi də Biloksidə yaşayır.

Alatoran romanları ərzində Elis öz bacarığından istifadə edərək Bellanı təhlükələrdən qorumağa çalışır. Tezliklə onlar dostlaşırlar və bir-birlərini bacı kimi sevirlər. Yeni Ay romanında Elis Bellanın qayaya gedərək özünü atıb intihar etmək istədiyini düşündükdə, Bella həqiqətən də qayalığa getmişdi. Həqiqəti öyrəndikdən sonra Bella Elislə birgə İtaliyaya gedərək, Edvardı intihardan xilas edir. Onlar buna müvəffəq olsalar da, vampirlər aləminin nəzarətçiləri olan Volturilərin nəzarətinə götürülürlər. Elisin vasitəsiylə Aro(Volturilərdən biri) Bellanın yaxın gələcəkdə vampirə çevriləcəyinin şahidi olur, bundan sonra Elis və Edvardı Volturilərə qoşulmağa dəvət edir, lakin sonradan məlum olur ki, Aro xüsusilə Elisin bacarığına heyran olmuşdu. "Tutulma" romanında seçkin döyüşçü olduğu məlum olan Elis, Viktoriya tərəfindən Edvardın öldürülməsi üçün çevirilmiş yenidoğulmuş vampirlər ordusunun məhv edilməsində iştirak edir. Şəfəq romanında Bella və Edvardın toyunda Elis gəlinin rəfiqəsi olur. Volturilər Renesmeni ölümsüz uşaq hesab edərək Kallenlərlə müharibəyə girişdikdə, Elis işə qarışaraq döyüşə mane olmağa çalışır. Elis istədiyinə nail olur. Volturilər təhlükə olmadığını qəbul edərək gedirlər.

Alatoran filmlər seriyasında Elis Kallen rolu aktrisa Eşli Qrin tərəfindən canlandırılıb.

Emmet Kallen Emmet Kallen (doğulub Emmet Deyl MakKarti) Rozali Heylin həyat yoldaşı, Karlayl və Esme Kallenlərin övladlığı, Edvard, Elis və Casperin qardaşlığıdır. Emmet yekə cüssəli, hündürboy və əzələli bədənə malik olduğundan ögey qardaşları ilə müqayisədə daha ürküdücü görünür. Tünd qara saçları və batıq yanaqları olan Emmet Kallenlər arasında ən zarafatcılıdır. O, həmişə döyüşlərdə iştirak etməyə can atır və tez-tez Edvardın ən sevimli qardaşı kimi təsvir olunur.