Pyer Məhəmməd Sayd yaxud Pyer Murad Sayd () — Cem Sultanın oğlu, Osmanlı şahzadəsi.

Həyatı 1475-ci ildə Konyada, atasının Karaman valisi olduğu dövrdə anadan olmuşdu. Cem Sultan Rodosa gedəndə o Misirdə nənəsi ilə qalmışdı. 1490-cı illərdə Rodosa köçmüş və burda 17 oktyabr 1492-ci ildə xristian olmuşdur.

İtaliya həyatı Daha sonra Papanın dəvətilə atasının yanına — Romaya köçmüş və burada Papa VI Aleksandr tərəfindən "Sayd knyazı" əsilzadə titulu verilmişdi. Daha sonra isə 1495-ci ildə Neapol şəhərinə köçmüş və burada Neapol krallığı hökmdarı I Ferdinand (Neapol kralı) isə ona Sayd vikontu titulunu vermişdi. Burada o Genuyanın Neapoldakı konsulunun qızı Mariya Konsetta Doriya ilə evlənmişdi. 1522-ci ildə Rodosu ziyarət edərkən Osmanlı hücumu nəticəsində ən kiçik oğlu Mustafa ilə birlikdə öldürülmüşdür. Qəbri Rodos kafedralında idi, lakin dağıdılmışdır.Nikolas Vatin, Études Ottomanes XVe-XVIIIe siècles, səh. 501

Ailəsi Mariya Konsetta Doriya ilə evlənmişdir. Övladları: Oşin Pyer Sayd — Sayd knyazlığının ikinci knyazı. Donna Yelena Sayd (d. 1502, Roma — ö. 1576, Roma) — rahibə olmuşdu. Donna Konsetta Sayd (d. 1503, Roma — ö. 1605, Roma) — 102 il yaşamış, 4 dəfə evlənmişdir. Nikola Sayd (d. 1505, Roma — ö. 1536, Malta) — Maltaya köçmüşdü. Nikolo Saydın vəsiyyətnaməsi Ambrosio Paolo Sayd (d. 1506, Roma — ö. 1551, Malta) — qardaşı ilə Maltaya köçmüşdü. 1541–1542ci illərdə Qozo adasının qubernatoru olmuşdur. Mustafa Tommaso Sayd (d. 1508, Roma — ö. 1522, Rodos) — atası ilə birlikdə edam olunmuşdur.

İstinadlar

Kateqoriya:Şahzadələr