Adidas Brazuca — Braziliyada keçirilən futbol üzrə 2014-cü il dünya çempionatı üçün Adidas şirkəti tərəfindən yaradılmış futbol topu modeli. Adlandırılması Topun adı 2 sentyabr 2012-ci ildə elan edilmişdi. Bu top, milyonlarla braziliyalı tərəfindən səsvermə yolu ilə seçilmişdir. Seçkidə üç futbol topu modeli təklif edilmişdi: Brazuca (səslərin 77.8 %-i>), Carnavalesca (səslərin 14.6 %-i) və Bossa Nova (səslərin 7.6 %-i). Dünya çempionatları tarixində ilk dəfədirki, dünya çempionatında istifadə olunun topun adını azarkeşlər özləri seçdilər. Brazuca sözü braziliyalı mənasını verir. Brazuca bir sıra patriotlarlar tərəfindən istifadə edilən qeyri-formal, xoş və pozitiv ifadədir. Konstruksiya

Topun daxili quruluşu Adidas Tango 12-ə yaxındır: təbii kauçukdan kamera, parça və sintetik köpükdən olan çoxqatlı aşqardan ibarətdir.

İstinadlar

Kateqoriya:2014 FİFA Dünya Kuboku Kateqoriya:Futbol topları Kateqoriya:Adidas Kateqoriya:Adidas futbol topları Kateqoriya:FİFA Dünya Kuboku topları