Nubar Terziyan () — aktyor, Türkiyə ermənisi.
Həyatı Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur.
1994-cü il yanvarın 14-də vəfat edib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub.
Fəaliyyəti Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Mükafatları Türkiyə kinosundakı xidmətlərinə görə aktyor Ankara Beynəlxalq kino festivalında "Əmək Ödülü" mükafatına layiq görülüb.
İstinadlar
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə erməniləri Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları