Oranienbaum ( — "portağal ağacı") — Fin körfəzinin cənub sahilində və Sankt-Peterburq şəhərindən 40 km qərbdə yerləşən məşhur saray-park ansamblıdır. XVIII əsrə aid müxtəlif saray və parkların yerləşdiyi kompleks Lomonosov (1948-ci ilə kimi - Oranienbaum) şəhərinin ərazisində yerləşir.

Oranienbaum Saray-park ansamblı Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli bütün komplekslər kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 2007-ci ildən saray və parklar Peterhof muzey-qoruğu tərəfindən idarə olunur. Tarix

XVIII əsrin əvvəllərində Teiris mızasına (malikanəsinə) bitişik sahələr I Pyotr tərəfindən knyaz Aleksandr Menşikova hədiyyə edilmişdir. Knyaz 1711-ci ildə həmin əraziyə yaxınlığında, Karasta çayının Fin körfəzinə töküldüyü yerdə Böyük Sarayın inşasına başladı. Oranienbaum - Peterhof yolunun son nöqtəsi və Kronştadt şəhərinin əsas bərə keçidi sayılır. 1727-ci ildə ulu knyazın rəzalətindən sonra, Oranienbaum kompleksi ilk öncə Binalar üzrə Baş Şöbə İdarəsinə, 1737-ci ildə isə Admiral-Kollegiya və Dəniz Xəstəxana İdarəsinə köçürülmüşdü.Горбатенко С. Б. Петергофская дорога: историко-архитектурный путеводитель. — СПб, 2001. — ISBN 5-8015-0113-4

1743-1762-ci illərdə Oranienbaum böyük knyaz Pyotr Fyodoroviçin (gələcək İmperator III Pyotrun) əsas iqamətgahına çevrilmişdir. Məhz onun üçün Yuxarı park ərazisində Peterştadt adlı "əyləncə qalası" inşa edilmişdir (1756—1762, həmin qaladan günümüzə kimi ancaq Fəxri darvaza və saray qorunub saxlanılmışdı). Sarayın ətrafında 1780-ci ildə "uyezd" statusu almış yeni bir şəhər formalaşmağa başladı.Кючарианц Д. А. Художественные памятники города Ломоносова. — Л, 1985

28 iyun 1762-ci ildə baş vermiş saray çevrilişindən sonra, Oranienbaumda imperatriça II Yekaterina üçün şəxsi malikanənin tikintisi başlanılmışdır. Hazırda bu bina Rusiya ərazisində rokoko üslubunda inşa edilmiş yeganə tikili hesab olunur.Клементьев В. Г. Китайский дворец в Ораниенбауме. — СПб, 1998. — ISBN 5-86789-072-4

1796-cı ildən Oranienbaum gələcək imperator I Aleksandra, 1831-ci ildən - onun qardaşı Böyük Knyaz Mixail Pavloviç və onun həyat yoldaşı Yelena Pavlovnaya, hər ikisinin ölümündən sonra isə - onların varislərinə məxsus idi.

İnqilabdan əvvəl Oranienbaumun sonuncu sahibləri - Meklenburq-Strelitz hersoqları idi (saray parkında dəfn olunmuş Georgi Georgiyeviç və onun kiçik qardaşı Mixail Georgiyeviç).

1917-ci ilin oktyabr inqilabından sonra binaların bir qismi (III Pyotrun Sarayı və Böyük Menşikov Sarayı) 1918-ci ildə Oranienbaum şəhərində təsis edilmiş Meşə Kollecinə verilmişdir. 1922-ci ildə isə Çin Sarayında muzey fəaliyyət göstərməyə başlamışdır.

Böyük Vətən müharibəsi zamanı Oranienbaum saray-park kompleksinə Sankt-Peterburqun digər ətraf ərazilərinə nisbətən daha az zərər dəymişdir, bunun da səbəbi şəhər ətrafında alman ordusunun geniş platzdarm yaratması ilə əlaqədar idi. Lakin ansamblın müharibədən sonra baxımsız vəziyyətə düşməsi səbəbindən, onun əsas bərpa işləri yalnız 1990-cı ilin sonunda başlamışdı.

Hal-hazırda, Oranienbaum sarayı və park ansamblı müharibə zamanı məhvolmaya məruz qalmayan və öz orijinal görünüşünü qoruyub-saxlamış yeganə Sankt-Peterburqun ətrafında yerləşən saraylardan biri hesab olunur və buna görə də memarlıq cəhətdən xüsusi əhəmiyyət daşıyır.

Park ansamblının kompozisiyası

400pxА — Aşağı park

В — Yuxarı park

С — Aşağı hovuz

D — Qırmızı (Yuxarı) hovuz

E — Karp hovuzu

F — Çin hovuzu

G — P-formalı hovuz

H — Dəniz kanalı |1 — Böyük (Menşikov) sarayı (1711—1727-ci illər., F.Fontana, İ. Q. Şedel, İ.Braunşteyn)

2 — Şəkilli ev (1710-1730-cu illər, və ya 1752—1754-cü illər)

3 — Aşağı evlər (1710-1720-ci illər, və ya 1749—1751-ci illər)

4 — Peterştadt qalasının darvazaları (1757-ci il, A.Rinaldi)

5 — III Pyotrun sarayı (1758—1762-ci illər, A.Rinaldi)

6 — Daşlı zal (1749—1751-ci illər, güman edilir ki B.Rastrelli)

7 — Kavaler korpusu (1767-ci il, A.Rinaldi)

8 — Çin sarayı (1762—1768-ci illər, A.Rinaldi)

9 — Sürüşmə təpəsi pavilyonu (1762—1774-cü illər, A.Rinaldi)

10 — "Çin mətbəxi" pavilyonu (1852—1853-cü illər, L.Bonştedt)

11 — Perqola (1870-ci illər)

Saray-park kompleksinin ən qədim tikilisi memarlar F.Fontana və İ.Q.Şedelin layihəsi əsasında 1710-1727-ci illərdə tikilmiş Böyük (Menşikov) sarayı hesab olunur. Saray təbii təpənin kənarında yerləşir və Oranienbaum parkını iki qeyri-bərabər hissəyə ayırır — onlardan biri daimi planlaşdırmaya malik Aşağı park, digəri isə peyzaj rəsmlərini çəkməyə ən əlverişli Yuxarı parkdır.

Yuxarı parkın özü də iki hissəyə bölünür - onlardan birində bir zaman Peterştadt əyləncə qalasının yerləşdiyi Pyotr parkı, digərində isə Çin sarayı, özəl villalar və pavilyonlar yerləşir.

Böyük Menşikov sarayı ansamblı Böyük Menşikov sarayı thumb|Böyük sarayın yapon pavilionu Böyük Menşikov, Böyük Peterhof sarayı kimi təbii təpənin kənarında yerləşir. Aşağı park və Fin körfəzinin qarşısında duran əsas fasadın uzunluğu 210 metrdir.Горбатенко С. Б. Петергофская дорога: историко-архитектурный путеводитель. — СПб, 2001. — ISBN 5-8015-0113-4 Sarayın mərkəzi hissəsi iki mərtəbəlidir; onun yanına qövsvari bir mərtəbəli qalereyalar qoşularaq Yapon və Kilsə pavilyonları ilə tamamlanır. Pavilyonlara perpendikulyar şəkildə iki qanad (fligel) əlavə olunub, beləliklə planda saray "P" formasını xatırladır. Fligellər Böyük Sarayın daxili həyətinin sərhədləri hesab olunur.

Menşikov sarayı - pyotr barokkosu üslubundadır. Bu saray I Pyotrun yaxın dostu Aleksandr Menşikov üçün inşa edilmişdir. Tikinti işləri memar F. Fontananın nəzarəti altında həyata keçirilmişdir, ancaq 1713-cü ildə onu əslən Almaniyalı İ.Q.Şedel əvəz etmişdir. Sarayın tərtibat işlərində İ.Braunşteyn, A.Şlüter və həmçinin N.Pino da iştirak edirdi. Məhz N.Pinoya sarayı və yan pavilyonları birləşdirən dairəvi qalereyaların yaradılması ideyası məxsusdur. Daxili tərtibat işləri düz 1727-ci ilə kimi (yəni knyaz Menşikovun rəzaltinə kimi) davam edirdi, lakin bu günə qədər orijinal tərtibat işləmələri qorunub saxlanmamışdır - XVIII-XIX əsrlərdə interyer dəfələrlə yenidənqurma işlərinə məruz qalmışdır.

Böyük knyazın şəhərdənkənar sarayını seyr edən çağdaş insanlar, onun bu vaxta qədər görünməmiş təmtarağından və miqyasına görə hətta Peterhof saray-park kompleksini belə keçməsindən bəhz edirdilər. Fransız səyyahı Abri de la Motre sarayı bu cür təsvir edirdi:

Aşağı parkın darvazaları yaxınlığında, Fin körfəzinə açılan Dəniz kanalı yerləşirdi (Peterhofda olduğu kimi). Kanal fiqurlu dok (pirs) və limanla tamamlanırdı.

Sarayın qyri-adi "Oranienbaum" adının (alman dilindən tərcümədə - Portağal ağacı) mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. Daha çox əfsanəyə bənzəyən ən məşhur versiya isə ondan irəli gəlir ki, knyaz Menşikovun gələcək iqamətgahının ərazisində bir zamanlar portağal ağaclarının saxlandığı istixanalar yerləşirdi və orada hər bir ağacın üzərində "Oranienbaum" yazısı vardır. Başqa bir versiyaya inansaq, sarayın adı Almaniyadakı Oranienbaum şəhərindən götürülmüşdü. Nəhayət sonuncu versiyaya əsasən, saray İngiltərə kralı Vilhelm Oranlının şərəfinə adlandırılmışdı (I Pyotr bu şəxsə böyük ehtiram və rəğbət hissi duyurdu, cavan yaşlarında bu hisslər hətta ibadət dərəcəsinə çatmışdı).Горбатенко С. Б. Петергофская дорога: Ораниенбаумский историко-ландшафтный комплекс. — СПб, 2001. — ISBN 5-86007-242-2

XVIII əsrin 50-ci illərində sarayın cənub tərəfindəki əsas həyətin dekor işləri memar B.Rastrellinin nəzarəti altında tamamlandı. 60-cı 70-ci illərdə memar A.Rinaldi sarayın qarşısında yerləşən terrasları yenidən qurur və Aşağı parka enən qövslü və fiqurlu pilləkən sistemi yaradır.

Aktiv fazası 1990-cı ilə təsadüf edən sarayın təmir-bərpa işləri memar-restavrator Dmitri Butırinin layihəsi əsasına həyata keçirilirdi. 2010-cu ildə Böyük Menşikov sarayının fasad restavrasiya işləri sona çatır, 2011-ci ilin sentyabr ayında isə sarayda muzey fəaliyyətə başlayır. thumb|250px|Böyük sarayın terrasından Aşağı parkın görünüşü

Aşağı park

Aşağı parkın əsası Böyük sarayın tikinti işlərinin başlanmasından 2 il sonra qoyulmuşdur. Bu Rusiyada ilk müntəzəm parklardan biridir. Sarayın qarşısında güllərdən ibarət parterlər, həmçinin 3 fontan (fontanlara gələn su Qırmızı hovuzda inşa edilmiş bənd vasitəsi ilə çəkilmişdir) və trilyaj şəbəkələr yaradılmışdır. Parkda oyma taxtadan hazırlanmış və mərmər effekti yaratmaq məqsədilə xüsusi ağ rəngə boyanmış 39 heykəl, həmçinin dörd qızıl suyuna salınmış və qurğuşundan hazırlanmış heykəllər dururdu. Aşağı parkın əsas hissəsini XVI-XVII əsrlərin Moskva bağ ənənələrinə uyğun olaraq meyvə ağacları və giləmeyvə kolları təşkil edirdi. Alma və albalı, ucları kəsilmiş digər növ ağaclarla birlikdə (ağcaqayın, qarağac, cökə) tək dekorativ deyil, həm də praktiki dəyərə malik idi.

XVIII əsrin 60-cı illərində park artıq əsl mərmər heykəlləri ilə bəzədilmişdir. 1762-ci ildə Böyük Sarayının qarşısına Rinaldi iki fəvvarə inşa etdirmişdi. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Aşağı park, özünün müntəzəm görünüşünü itirir və artıq XX əsrin əvvəlində parkda yalnız mərkəzi xiyabanın saxlanılması qərara alınır.

+ Aşağı parkdakı heykəllər170px 170px 170px 170px 170px 170px Hava Qış Yaz Yay Payız Torpaq

Dəniz kanalı Dənizlə sarayı birləşdirən kanal I Pyotrun dövründə salınmış sarayı ansamblların xarakterik xüsusiyyətlərindən biridir (Peterhof sarayında da dənizlə birləşmək üçün kanaldan istifadə olunmuşdu). Oranienbaumda kanalın qazılması 1719-ci ildə başlamışdır. Kanalın sahili boyu cüt sıra ağaclar əkilmişdi, kanalın özü isə aşağı parkın girişi hissəsi önündə, fiqurlu limanla tamamlanırdı. Limanın sahilində daş pavilyon inşa edilmişdir.

XVIII əsr boyunca kanal və xüsusilə pirs dəfələrlə təmir edilmişdir. Daha sonralar, dəmir yolunun tikintisi zamanı kanal iki hissəyə bölünərək öz əsas funksiyasını itirmişdi. Hal-hazırda kanal heç də ürəkaçan vəziyyətdə deyil, çünki XX əsrdə onun yanında intensiv avtomobil hərəkəti olan magistral inşa olunmuşdu.

Şəkilli ev thumb|240px|Şəkilli ev Aşağı parkın şiml sərhəddində (yəni saray prospekti boyunca) simmetrik şəkildə iki eyni cür bina - Oranjereya və Şəkilli ev yerləşirdi. Oranjereya hələ XVIII əsrdə itirilmişdir, ancaq Şəkilli ev bu günə kimi qorunub saxlanılmışdı. Şəkilli ev - mezoninli və bir mərtəbəli daş binadır. Onun dəqiq tikilmə vaxtı məlum deyil - bəzi tədqiqatçılar binanın tikinti işlərinin XVIII əsrin birinci yarısında, digərləri isə 1752-ci ildə başladığını iddia edirlər.

III Pyotrun dövründə, şəkilli evdə çox guman ki, rəsm əsərlərindən ibarət şəxsi kolleksiya saxlanılırdı (300-dan artıq əsər).Кармазин Н. И. Государственный музей-заповедник Ораниенбаум. Дворцы и парки. — СПб, 1996.

Böyük Vətən müharibəsi zamanı, burada Parkov məktəbi yerləşirdi (1942-ci ilin sentyabr ayından 1944-cü ilin may ayına kimi).Кючарианц Д. А., Раскин А. Г. Ораниенбаум. Дворцы и парки. — СПб, 2006. — ISBN 5-289-02199 Bu binada Oranienbaum şəhərinin "kiçik blokadası" zamanı (Oranienbaum platzdarmı) yeganə məktəb fəaliyyət göstərirdi.Серебряков В. Г. Школа в двойном блокадном кольце. Ломоносов, 2009. С. 13

Aşağı evlər

Aşağı evlər Böyük Menşikov sarayından şərqdə yerləşir və Saray prospekti boyunca uzanırlar. Evlərdən ibarət bütün bu kompleks P-formasında yerləşən 5 binadan ibarətdir. 160 metrə uzanmış üç evin bərk daş hasarı prospektə baxır, 2 ev isə parkın içərisində yerləşir. Aşağı evlər 1710-1720-ci illərdə inşa edilmişdi (S.B.Qorbatenko ancaq evlərin 1749—1751-ci illərdə tikildiyini iddia edir). Tikildiyi dövrdən evlər saray qulluqçuları üçün nəzərdə tutulmuşdu və başlanğıcda "xidmətçi evləri" adı ilə tanınırdı. Kompleksin tərkibində 5 evin olmasına baxmayaraq, xidmətçilər yalnız dördündə məskunlaşmışdı. XIX əsrdə evlər qismən yenidənqurmaya məruz qalmışdılar. Məhz bu formada da onlar hazırda mühafizə olunublar.

Yuxarı park