Kartli çarlığı — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

Hökmdarları PortretAdıHakimiyyət illəriƏvvəlki çarlarla əlaqəsiII Konstantin1484–1505I Aleksandrın nəvəsiX David1505–1525II Konstantinin oğluIX Georgi1525–1527X Davidin qardaşıLuarsab1527–1556X Davidin oğluframelessI Simon1556–1569

1578–1599X Davidin oğluXI David1569–1578X Davidin oğlucentre|framelessX Georgi1599–1606I Simonun oğlucentre|framelessII Luarsab1606–1615I Simonun oğluVII Baqrat1615–1619XI Davidin oğluII Simon1619–1630VII Baqratın oğluframelessI Teymuraz1630–1634(Kartli Kaxetiya ilə birgə idarə olundu)framelessI Rüstəm1633–1658XI Davidin oğluV Vaxtanq1658–1675II Konstantinin kötücəsiframelessXI Georgi1675–1688

1703–1709V Vaxtanqın oğluframelessI İrakli1688–1703I Teymurazın oğluKeyxosrov1709–1711XI Georginin qardaşı oğluI Yese1714–1716 1724–1727Keyxosrovun qardaşıframelessVI Vaxtanq1716–1724Keyxosrov və I Yesenin qardaşıframelessII Teymuraz1744–1762I İraklinin nəvəsi

Həmçinin bax

Mesxeti atabəyliyi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:1484-cü ildə yarananlar Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:Tarixi krallıqlar