Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞF — Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum.

1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur.

2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir. 2021-ci ildən federasiya prezidenti Mahir Məmmədovdur, federasiya baş katibi İlahə Qədimova

İcraiyyə Komitəsi Prezident: Mahir Məmmədov Birinci vitse-prezident: Faiq Həsənov Vitse-prezident: Yaqub Hüseynov, Bəxtiyar Məmmədov Baş katib: İlahə Qədimova

Federasiyanin Prezidentləri Aynur Sofiyeva — 2002–2007 Elman Rüstəmov — 2007–2021 Mahir Məmmədov — 2021–

Həmçinin bax Azərbaycanda şahmat Azərbaycan Şahmat Çempionatı Azərbaycan Şahmat Milli Komandası (kişilər) Azərbaycan Şahmat Milli Komandası (qadınlar)

Mənbə

İstinadlar

Xarici keçidlər

Azərbaycan Şahmat Federasiyası Elman Rüstəmov və Aynur Sofiyeva quruma sənədsiz rəhbərlik ediblər?

Şahmat Kateqoriya:Azərbaycanda şahmat Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar