Fridrix fon Hayek (; ) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü.

Həyatı Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir.

Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi. Avstriya iqtisadiyyat məktəbinin XX əsrdəki ən önəmli yetirmələrindəndir. Mərkəzləşdirilmiş planlamanın insanların azadlıqlarını və tələblərini məhdudlaşdıracağı düşüncəsini vurğulamış, plüralizm və iqtisadi subyektivizmi müdafiə etmişdir.

Hayekin fikrincə iqtisadi qərar vermə haqqı şəxsiyyətlərdən, onların dəyərlərindən, məqsədlərindən azad deyildir və qərar vermə haqları informasiyaya sahib olan şəxsiyyətlərdə olmalıdır. Rəqabətli bir bazarda qiymətlər, insanların fərqli əmtəə və xidmətlərə qoyduqları nisbi dəyərləri müəyyənləşdirməkdə, şəxsiyyətlər də bunlara baxıb istək və ehtiyaclarını ən yaxşı şəkildə necə qarşılayacaqlarına və hətta o istək və ehtiyacların nələr olduğuna qərar verməkdədirlər.

Hayek iqtisadiyyatdan başqa informasiya, hüquq, siyasət nəzəriyyəsi, elm fəlsəfəsi və idrak psixologiyası kimi sahələrdə də tədqiqatlar aparmışdır.

Əsərləri 1944 — Köləlik yolu. 1945 — Bilginin toplumda istifadəsi. 1952 — Hissiyat nizamı. 1960 — Azadlığın konstitusiyası. 1979 — Qanun, qanunvericilik və azadlıq.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı Bazar iqtisadiyyatı İstinadlar

Xarici keçidlər Fridrix fon Hayek haqqında Nobel mükafatı e-muzeyində məlumat Fridrix fon Hayekin Nobel mükafatı təqdim olunma mərasimində çıxışı Fridrix fon Hayek haqqında faktlar

Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:Frayburqda vəfat edənlər Kateqoriya:Vyana Universitetinin məzunları Kateqoriya:Avstriyalı Nobel mükafatı laureatları Kateqoriya:Hüquq filosofları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Antikommunizm Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Avstriya iqtisadçıları Kateqoriya:Britaniya filosofları Kateqoriya:Böyük Britaniya antikommunistləri Kateqoriya:Avstriya ali təhsil müəssisələrinin müəllimləri