Tazılar () — 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində "ov itləri" mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir.
Tarixi Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı.
Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə (, kollorobos) bənzər şəkildə təsvir edilirdi. Tərcüməçi Huneyn ibn İshaq əl-İbadi, Yunan astronomu Ptolemeyin Almaqest əsərini yunan dilindən ərəb dilinə tərcümə edərkən sözlərdən birini bilmir və bu sözü ərəb dilində oxşar səslənən və "çəngəli olan əsas" mənasında işlənən (al-`aşā dhāt al-kullāb) birləşməsi ilə ifadə edir. Daha sonra ərəb mətni Latın dilinə tərcümə edildikdə, tərcüməçi Qerard Kremonskiy "çəngəl" mənasını verən kullāb sözünü "itlər" mənasını verən kilāb ilə səhv salır. Hərəkə olmadıqda hər ikisi ərəb mətnində eyni görünür. Qerard bu ifadəni belə yazır: hastile habens canes ("iti olan nizə").
1533-cü ildə alman astronomu Peter Apian Naxırçını yanında iki it ilə təsvir etmişdi.
1687-ci ildə Yan Qeveliy bu ulduzları ayrıca bir bürc halına gətirərək səmadakı varlığını təyin etmək qərarına gələnə qədər bu saxta itlər astronomik ədəbiyyatda yer alırdılar. Qeveliy şimaldakı it üçün Asterion (yunanca "kiçik ulduz" mənasını verən ), cənubdakı it üçün isə Chara (yunanca "sevinc" mənasını verən ) adını seçdi. Öz ulduz atlasında isə bürcü "Ov itləri" mənasını verən Canes Venatici kimi qeyd etdi.
Çex astronomu Antonin Beçvarj onun ulduz kataloqundakı Asterion-ı β CVn və Chara-nı isə α CVn olaraq təyin etmişdi.
Xüsusiyyəti
Ulduzlar Canes Venatici-də heç bir parlaq ulduz yoxdur. Ən parlaqları olan Alpha və Beta Canum Venaticorum belə, müvafiq olaraq 3-cü və 4-cü balla qiymətləndirilir. Flemstid bürcdəki 25 ulduzu siyahıya almış, onları 1-dən 25-ə sıralamış, lakin onlardan 1-nin Ursa Majorda, 13-nün Coma Berenices-də, 22-nin isə olmadığı ortaya çıxmışdı.
Cor Caroli ("Karlın ürəyi") adı ilə də tanınan Alpha Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. Ulduzun adı, Böyük Britaniyanın devrilmiş kralı I Karlın xatirəsinə verilmişdir. Əfsanəyə görə, II Karl taxtı almaq üçün İngiltərəyə qayıtdıqda α CVn adi haldan daha parlaq imiş. Beta Canum Venaticorum və ya Chara, yerdən 4.2, 27 işıq ili məsafəsində olan sarı rəngli ulduzdur. Ulduzun adı yunan dilindəki , "sevinc" sözündən götürülmüşdür. Y Canum Venaticorum, ölçüsü təxminən 158 gün ərzində 5,0 ilə 6,5 arasında dəyişən bir yarımsabit dəyişən ulduzdur. Y Canum Venaticorum, karbon ulduzudur və dərin qırmızı rəngdədir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Tazılar bürcü