Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi.

Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.

Atabəy sülalələrinin və ya bu tituldan istifadə edən digər sülalələrin siyahısı Ağsunqurilər – Marağa atabəyləri (türk mənşəli) Eldənizlər – Azərbaycan atabəyləri (qıpçaq türkü mənşəli) Salqurlular – Fars atabəyləri (türk mənşəli) Həzarəsbilər – Luristan atabəyləri (iran mənşəli) Yəzd atabəyləri – (iran mənşəli) Zəngilər – Mosul atabəyləri (Türk mənşəli) Yaqutilər - Aran atabəyləri (Türk mənşəli) İnancoğulları - Rey atabəyləri (Türk mənşəli) Ayabalar - Təbəristan atabəyləri (Türk mənşəli)

Kateqoriya:Rütbələr Kateqoriya:Səlcuq hökmdarları Kateqoriya:Hərbi liderlər Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:İran tarixi Kateqoriya:İslam hökmdarları Kateqoriya:Türk titulları Kateqoriya:Qubernatorluq titulları