Qorxmaz Həsi oğlu Quliyev () — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001).

Haqqında Qorxmaz Quliyev 1941-ci Bakı şəhərində ildə anadan olub. Suraxanı rayonu 101 saylı məktəbi bitirib. O, 1965-70-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb. 1970–80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərib. Quliyev 1983-cü ildə Azərbaycan Dillər Universitetində ədəbiyyat nəzəriyyəsi sahəsində elmlər namizədliyi dissertasiyasını və 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan ədəbiyyatı sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş, 2013-cü ildə professor elmi adını alıb.

Quliyev 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetində müəllim və kafedra müdiri işləyib. Azərbaycan Dillər Universitetində Elm işləri üzrə prorektor (1990-1991) və Tədris işləri üzrə prorektor kimi çalışıb. 1993-2001-ci illərdə Azərbaycan Dillər Universitetinin rektoru olub. 1999-cu ildən Azərbaycan Universitetinin professorudur.

Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C. Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir.

"Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö. İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C. Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır.

Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır. Görkəmli alim, filosof, tərcüməçi, ədəbiyyatşünas Qorxmaz Quliyev 6 elmi monaqrafiya, 2 dərs vəsati, 150-dən artıq elmi məqalənin müəllifidir.

Əsərləri Multukulturalizmin əsasları, Dərs vəsaiti, Bakı, 2017 Xüsusidən ümumiyə (məqalələr toplusu), Bakı, 2016 XVIII – XIX əsrlərdə Amerika ədəbiyyatı: Tarixi oçerklər, Dərslik, Bakı, 2016 XX əsrin görkəmli ədəbiyyatşünas alimləri, Dərs vəsaiti, Bakı, 2014 XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları, Dərs vəsaiti, Bakı, 2014 XX əsr Amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar, Dərs vəsaiti, 2011 Становление индивидуального стиля, monoqrafiya, 2000 Dəlidən doğru xəbər, monoqrafiya, 2000 Azərbaycan ədəbiyyatının poetikası, monoqrafiya, 1992 Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı.2008. səh.157. İstinadlar

Xarici keçidlər

XX əsrin görkəmli ədəbiyyatşünas alimləri. Quliyev, Qorxmaz Həsi oğlu. Qorxmaz Həsi oğlu Quliyev Filologiya elmləri doktoru, professor Azərbaycan dili və ədəbiyyat kafedrası Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Professorlar