Dmitri Pavloviç Polınkin () — Sovet İttifaqı Qəhrəmanı (17 may 1944).
Həyatı Dmitri Polınkin 1899-cu ildə Rusiyanın Ulyanovsk vilayətinin Novospassk rayonunun Radişşev kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1942-ci ildə Bakı Şəhər Sabunçu Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya serjantı idi. 5-ci qvardiya top ordusunun 689-cu tank əlahidddə alayının tank nişançısı. Bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
16 yanvar 1944-cü ildə Ukraynanın Kirovoqrad şəhəri yaxınlığında həlak olmuşdur.
17 may 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ruslar Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ çavuşları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları