Nqanasan dili — nqanasanların dili. Köhnə adlanması — tavgiy dili və ya tavgiy-samoyed dili. Rusiya Federasiyasının Krasnodar diyarının Taymır rayonunun Ust-Avam, Voloçanka və Novaya qəsəbələrində məskunlaşıblar. Samodi dillərinin şimal qrupuna aiddir.

Dil daşıyıcıları 2010-cu ildə 862 nəfər nqanasanlıdan 125-i bu dildə danışa bilirdi. Bütün nqanasanlılar rus dilində, bəziləri isə dolqan və enes dilində danışırlar. Bir birini başa düşən avam və xataqan ( vadeyev) dialektinə bölünür.

Hal-hazırda nqanasan dili dolqan dili tərəfindən assimilyasiya olunur. Bu dildə əsasən 60 yaşından yuxarı insanlar danışır.

Statusu Nqanasan dili Rusiyada yerli azsaylı xalın dili statusuna malikdir.

2000/01-ci dərs ili məlumatına görə nqanasan dili Voloşanka və Ust-Avam qəsəbə məktəblərinin 1-9 siniflərində tədris edilir. Həmçinin nqanasan dili Sankt-Peterburqdakı Şimal Xalqlarının İnstitutunda öyrənilir.

Nqanasan dilində arada «Taymır» əzetində materiallar dərc edilir. Nqanasan dilində həmçinin Dudinka radiostansiyasında həftədə beş dəfə hərəsi 15 dəqiqə olan verilişlər hazırlanır.

Həmçinin bax Kiril qrafikalı əlifbalı dillər siyahısı

İstinadlar

Mənbə Языки народов Сибири, находящиеся под угрозой исчезновения: Нганасанский язык Сопоставительный мультимедийный ненецко-нганасанский словарь (с переводом на русский и английский) Нганасанский мультимедийный словарь Nganasanica

Ədəbiyyat Г. Н. Прокофьев. Нганасанский (тавгийский) диалект // Языки и письменность народов Севера. Ч. 1. М.-Л., 1937. Н. М. Терещенко. Нганасанский язык. Л.: Наука, 1979 Е. А. Хелимский. Очерк морфонологии и словоизменительной морфологии нганасанского языка. — Таймырский этнолингвистический сборник. М.: РГГУ, 1994. Helimski, E. 1998. Nganasan. // D. Abondolo (ed.). The Uralic Languages. London and New York: Routledge. Wagner-Nagy, Beáta: Chrestomathia Nganasanica. (Studia Uralo-Altaica : Supplementum 10) Szeged, 2002 Katzschmann, Michael: Chrestomathia Nganasanica : Texte - Übersetzung - Glossar - Grammatik , Bearbeitung der Нганасанская фольклорная хрестоматия zusammengestellt von Kazis I. Labanauskas unter Berücksichtigung des Словарь нганасанско-русский и русско-нганасанский. (Nganasanica 1) Norderstedt, 2008, 604 p. ISBN 978-3-8370-1121-0

Xarici keçidlər

Kateqoriya:Rusiya dilləri Kateqoriya:Əlifba sırasına görə dillər və dialektlər Kateqoriya:UNESCO