Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı. president.az Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.Bilik Fondunun icraçı direktoru qarşıdakı işlərdən danışdı. 1 avqust 2014. azerfax.az

2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub.Prezident idarəetmədə ciddi struktur islahatlarına başladı virtualaz.org Tarixi Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.

Vəzifələri Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

İstinadlar

Xarici keçidlər Rəsmi facebook səhifəsi Rəsmi saytı

Kateqoriya:7 mayda yarananlar Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Azərbaycan fondları Kateqoriya:2019-cu ildə ləğv olunanlar