Məmmədov İlqar Aydın oğlu () — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin Sabiq rəisi . Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə Müşaviri. General-mayor.
Həyatı 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2024-cü ildən etibarən Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə müşaviridir.
Ailə İlqar Məmmədov Ailəlidir və İki övladı var.
Mükafatları Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "igidliyə görə medalı ilə təltif edilmişdir.
Mənbə Ali Hərbi Məktəb
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Respublikası Daxili Qoşunları Kateqoriya:Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbi