() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Qafqaz üçün endemik növdür.
Azərbaycanda yayılması Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır.
Statusu Azərbaycanın endem bitkisidir. VU C2a(ı).
Bitdiyi yer Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır.
Təbii ehtiyatı Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xarakteristikası Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir.
Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır. Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir. Mayda çiçəkləyir, iyun ayında meyvəsi yetişir.
Çoxalması Təbiətdə toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Becərilmir.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na salınması və bitki yayılan yerlərdə yasaqlığın təşkili vacibdir.
İstinadlar
Həmçinin bax