Larisa Afanasyevna Vinoqradova () — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (2000).
Həyatı Larisa Vinaqradova Afanasyevna 5 dekabr 1947-ci ildə Türkmənistanın Mari şəhərində anadan olmuşdur. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin vokal sinfini bitirmişdir. 1 dekabr 1968-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor artisti vəzifəsinə qəbul edilmişdir. Bir qədər sonra aktyor kimi II dərəcəli artist-vokalist keçirilir. Daha sonra aparıcı səhnə ustası kimi fəaliyyətini davam etdirmişdir.
Teatrda işlədiyi müddət ərzində bir neçə rollar ifa etmişdir. "Şən dul qadın"da Qanna, "Maritsa"da qrafinya Maritsa, "Silva"da Silva, "Düyməcik"də Feya, "Bayadera"da Odetta, "Uçan sıçan"da Rozaminda, "Foz Mari"də Vanda, "Çelovek iz Lamançi"də Aldonso, "Drakon"da Elza, "Razvod po-polski"də Krısya, "Mənim gözəl xanımım"da Eliza, "Arşın mal alan"da Gülçöhrə, "Sabahın xeyir, Ella!"da Ella, "Bir dəfə Bağdadda" Züleyxa, "Sıqan-prеmyer"də Yulyuşka, "Qırmızı papaq"da ana, "Perekryostok"da Zümrüd kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.
Subay idi.
Larisa Afanasyevna Vinoqradova 16 sentyabr 2009-cu il də Bakı şəhərində vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrının artistlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000 Prezident mükafatı
Filmoqrafiya Yaşıl eynəkli adam (film, 1987) Yaşıl eynəkli adam-2 (film, 1999) Yaşıl eynəkli adam-3 (film, 2002) Yoxlama (film, 2006)
İstinadlar
Xarici keçidlər Larisa Vinoqradova
Kateqoriya:Aktrisalar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri