Amartya Kumar Sen (; ) — hindli iqtisadçı.

Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

1998 ilə 2004-cü illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.

2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" () və İngiltərənin "Kəşfiyyat" () jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.

2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.

Mükafatları 1998 — İqtisadiyyat üzrə Nobel mükafatı; rifah iqtisadiyyatı ilə bağlı tədqiqatlarına görə. 1999 — Bharat Ratna; Hindistanın ən yüksək mülki mükafatı. 1999 — Banqladeş fəxri vətəndaşlığı; Baş nazir Şeyk Hasina tərəfindən verilmişdir. 2000 — Leontyev mükafatı. 2000 — Eyzenhaver medalı; liderlik və xidməti müqavilində, ABŞ tərəfindən. 2000 — Şərəf yoldaşı; Böyük Britaniya tərəfindən. 2002 — Beynəlxalq köməksevər mükafatı; Beynəlxalq Humanist və Əxlaqi Birliyi tərəfindən. 2003 — Ömür boyu uğur mükafatı; Hindistan Ticarət Palatası tərəfindən.

Əsərləri 1982 — Yoxsulluq və aclıq: imtiyazlar və məhrumiyyətlər haqqında esse. 1982 — Seçim, rifah və ölçülmə. 1986 — Ərzaq iqtisadiyyatı və ixtiyarlar. 1987 — Etniklər və iqtisadiyyatlar. 1992 — Bərabərsizliyin təkrar tədqiqatı. 1999 — Azad inkişaf. 1999 — Əmtəələr və imkanları. 2004 — Rasionallıq və azadlıq. 2005 — Mübahisəli Hindistan. 2006 — Şəxsiyyət və zorakılıq: illüziyanın taleyi

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Amartya Sen haqqında Nobel mükafatı e-muzeyində məlumat Amartya Sen haqqında faktlar Amartya Senin şəkilləri Amartya Sen haqqında sənədli film Amartya Sen — simpoziumlar Amartya Senin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Professorlar Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:Kəlkətə Universitetinin məzunları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Kişi feministlər Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:XX əsr filosofları