Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.Friedman, Milton (1968). "The role of monetary policy". American Economic Review 68 (1): 1–17.:
Fillips əyrisinin qısa tarixçəsi 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır.
Fillips əyrisinin ilkin variantı Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur. Digər bir nüans isə Fillipsin itəqdim etdiyi münasibət iqtisadi nəzəriyyə əsaslanmırdı. Əksinə, əlaqənin ilkin riyazi formasi tamamilə emirik mahiyyət daşımışdır. Daha sonralar iqtisadçılar bu əlaqənin statistik məlumatlara adekvatlığını artırmaq üçün nəzəri çərçivəsini işləyib hazırladılar. 1920-ci ildə iqtisadçı Irvinq Fişer Fillips tipli əlaqənin mpvcudluğunu qeyd etmişdi. Ancaq, Fliipsin original əyrisi əmək haqlarnın davranışlarını təsvir edirdi.Irving Fisher. The Journal of Political Economy, Vol. 81, No. 2, Part 1 (Mar. - Apr., 1973), pp. 496-502. Reprint of 1926 article by Irving Fisher.
Ənənəvi Fillips əyrisi nominal əmək haqqının artım tempi işsizlik arasında əlaqənin ilkin forması aşağıdakı kimi olmuşdurPhillips, A. W. (1958). "The Relationship between Unemployment and the Rate of Change of Money Wages in the United Kingdom 1861-1957". Economica 25 (100): 283–299.:
Tənlik əməkhaqqı inflasiya artımı bildirmişdir. Aşağıda dəyişənin "artım tempi" ilə eyni mənalıdır. Əmək haqqı səviyyəsi bonus və digər mükafatları nəzərə almaqla bir işçi üçün düşən ümumi əmək xərcləridir. Burada istehsalatda çalışan əməyin əmək haqqısı nəzərdə tutulur çünki, bu xərclər şirkətlərin qiymət qərarlarında çox önəmli yer tututr.
Bu tənlik onu deyir ki, əmək haqqı artım tempi əmək haqqı trend artım tempi ilə yüksəldiyi halda, işsizlik səviyyəsi ilə aşağı düşür. funksiyası işsizlik ilə monoton artan funksiyadır. Çünki, əlaqənin mənfi olması səbəbi ilə, əmək haqqının azaldılması işsizliyin səviyyəsini artıracaqdır.
Bu tənlik haqda bir neçə mümkün izah mövcuddur. Əsas izahlardan biri budur ki, əmək haqqı qismən inhisar mühitində ikitərəfli danışıqlar yolu ilə müəyyən edilir: işsizlik səviyyəsi yüksəldiyi təqdirdə işçilərin bazar gücü zəifləyir və nəticədə işəgötürənin müqaviməti qarşısında işçilər əmək haqlarının artırılmasına az təzyiq göstərə bilirlər. Ona görə də işsizlik artığı zaman əmək haqlarının artım tempi aşağı düşür.
Ancaq hazırda anlaşılıan və istifadə edilən işsizlik ilə inflyasiya arasında Fillip əyrisi Samuleson və Solou tərəfindən aşkar formada irəli sürülmüşdür. Ona görə məqalənin davamında biz bu iki tədqiqatçının aşkar etdiyi Fillips tipli əyridən söz açacağıq.
Ənənəvi Fillips əyrisi İnkişaf etmiş ölkələrdə bir çox iqtisadçılar inanırdılar ki, Fillipsin nəticələri inflasiya ilə işsizlik arasında daimi istiqrarlı asılllıq olduğunu bildirir. Ancaq bu iddia heç bir zaman empririk cəhətdən təstiqini tapa bilməmişdir. İqtisadi siyasət baxımından tətbiqi budur ki, monetar siyasətçilər aşağı işsizliyi təmin etmək üçün yüksək inflasiyaya imkan verə bilərlər, yəni inflasiya ilə işsizlik arasında seçim mövcuddur. Məsələn, monetar siyasət və/və ya fiskal siyasət iqtisadiyyatı yumuşaq siyasət vasitəsi ilə stimullaşdıraraq ümumi daxili məhsulu artıracaqdır. Fillips əyrisi üzrə hərəkət edərsək, bu inflasiyanın yüksəlməsinə və nəticədə aşağı işsizlik səviyyəsinə nail olmaq mümkün olacaqdır.
1970-ci illərdə bir çox inkişaf etmiş ölkələr staqflasiya kimi adlanan yüksək inflasiya və yüksək işsizlik ilə müşahidə edilən dövrü yaşaması və Fillips əyrisinə əsaslanan nəzəriyyələrin bu hadisənin baş verə bilməyəcəyini deməsi Fillips əyrisinə kəskin tənqidlərin olmasına səbəb oldu. Milton Fridman bu təndiqçilərin öncülərindən biri idi. 1968-ci ildə iqtisadçı Milton Fridmen "American Economy Review" jurnalında "Pul kredit siyasətinin rolu" adlı məqaləsində iddia edirdi ki, Fillips əyrisi yalnız qısa müddətli fenomendir, çünki, uzun müddətdə dövrdə işçilər və işəgötürənlər inflasiyanı nəzərə alaraq gözlənilən inflasiya qədər əmək müqavilələrində ödənişlərdə artım yaradacaqlar. Bu halda işsizlik yenidən öz səviyyəsinə qayıtmaq üçün yüksələcəkdir, ancaq indi daha yüksək inflasiya ilə. Bu onu göstərir ki, uzun müddətli dövrdə inflasiya ilə işsizlik arasında seçim yoxdur. Deyilənlərin praktiki əhəmiyyəti isə bundan ibarətdir ki, mərkəzi bank təbii səviyyədən aşağı işsizlik səviyyəsini hədəfləməməlidir.
Milton Fridmanın öz məşhur məqaləsində Fillips tənliyinə iki mühüm faktoru əlavə edə bildi. Birinci mühüm töhfə ondan ibrarət oldu ki, 1970-ci il staqflasiyasının izahında əhəmiyyətli rol oynayan işçilərin inflasiyanı izləməsi hipotezi (və ya gözlənilən inflasiya səviyyəsi, ) modelə daxil edildi. Buna gözləntilər-genişləndirilmiş əmək haqqı yeni Fillips əyrisi adlandırıldı
İnflasiya gözləntilərinin tənliyə daxil edilməsi onu bildirir ki, faktiki inflasiya səviyyəsi inflasiya gözləntilərini formalaşdıraraq inflasiyanın gələcək səviyyəsini daha yüksəldə bilər. Sonralar iqtisadçı Ceyms Tobin bu hadisəni "inflasiya inersiyası" adlandırdı, çünki cari inflasiya keçmiş zamandan qalan inflasiya impulslarını bildirir. Ədəbiyyatlarda Fillips tənliyində inersiyanın mövcudluğu həmçinin "adaptiv gözləntilər" hipotezi kimi izah edilir. Yəni, insanlar qiymətlər barədə gözləntilərini formalaşdırarkən keçmiş inflasiya təcrübələrini nəzərə alırlar.
İnflasiya gözləntilərinin tənlikdə nəzərə alınmasının digər bir səbəbi odur ki, bu həmçinin qiymət-əmək haqqı əlaqəsini də nəzərə alır. Daha dəqiq desək, işəgötürənlər mənfəəti qorumaq üçün qiymətləri qaldırırlar, işçilər isə real əmək haqlarını qorumaq üçün inflasiyanı izləyirlər. Tənlikdə λ parametri (istənilən zaman kəsiyində sabit oluğu fərz edilir) işçilərin real əmək haqlarında azalmanı qoruyaraq gözlənilən inflasiya ilə əmək haqlarında yüksəlmənin dərəcəsini göstərir. Fərz edilir ki, uzun müddətli dövrdə bu paramatr vahidə bərabərdir. Yəni ki, uzun müddətli dövrdə işçilər birə-bir inflasiya ilə əmək haqlarının yüksəldilməsi üçün təzyiq edəcəklər.
Fridmanın Fillips əyrisinə ikinci mühüm töhfəsi "təbii səviyyə" hipotezini irəli sürəməsidir. BU hipotezi müdafiə edən Fridman və digər iqtisadçılar iddia edirdilər ki, inflasiyanın yüksəlməsi və düşməsi faktiki işsizlik səviyyəsinin potensial və ya digər bir ifadə ilə iqtisadiyyatın uzunmüddətli dövrdə "can" atdığı işsizlik səviyyəsinindən harada yerləşməsindən asılı olaraq baş verəcəkdir. Yəni, bu uzun müddətli dövrdə inflasiyanı sürətləndirməyən təbii işsizlik səviyyəsidir (İSTİS, ing.:NAİRU).
Burada inflasiya səviyyəsini, faktiki işsizlik səviyyəsini, - İSTİS potensial işsizlik səviyyəsini, gözlənilən inflasiya səviyyəsini və isə inflasiya şoklarını bildirir. Əgər olarsa, inflasiya sürətlənəcəkdir. Həmçinin, əgər , inflasiya zəifləyəcəkdir. Fərz edilir ki, , yəni, , olduqda ifadəsi tənlikdən düşür.
Bəzi ədəbiyyatlarda işsizlik ilə ÜDM arasında yüksək korrelasiya səbəbi ilə tənlik aşağıdakı formada yazılır və məcmu təklif əyrisi adlanır.
Burada real faktiki ÜDM-i, isə real ÜDM-nin potensial səviyyəsini bildirir. Yuxarıdakı tənlikdən fərqli olaraq artıq burada işsizlik ilə ÜDM əvəzlənərək, məcbur buraxılış kəsrinin inflasiyaya təsirini üzrə çıxarmağa çalışır. Həmçinin, əvəzlnmə baş verərəkən artıq əlaqə də müsbət yöndə dəyişmişdir. Yəni ki, əgər faktiki real ÜDM potensialdan yüksəkdirsə o zaman istehsal vasitələri yükələcək və inflasiya prosesi yaradacaqdır.
Yuxarıda qeyd edilən bütün fikirlər və tədqiqatılar qısa müddətli və uzun müddətli Fillips əyrisini ayırmağa imkan verdi.
Qısamüddətli Fillips əyrisi Bir çox iqtisadçılar artıq Fillips əyrisini sadə olması səbəbilə original formasında istifadə etmir. Ancaq Fillips əyrisinin inflasiya gözləntiləri nəzərə alınan forması hal hazırda da təsirli alət kimi istifadə edilir. 1970-ci illərdə staqflasiya təcrübəsi Milton Fridman tərəfindən "təbii səviyyə" və rasional gözləntilər hipotezlərini ortaya qoyuldu və bu yeniliklər nəzəriyyədə işsizlik səviyyəsinin inflasiyaya qısamüddətli və uzunmüddətli dövrdə təsirini ayrılmasına səbəb oldu. Fridmanın Fillip əyrisinə gətirdiyi dəyişikliklər qısa müddətli Fillips əyrisini "gözləntilər-genişləndirilmiş Fillips əyrisi" adlanmağa başlandı.
Gözləntilər-genişləndirilmiş Fillips əyrisinin standart tənliyini aşağıdakı kimi yaza bilərik:
Qısa müddətdə agentlərin inflasiya gözləntiləri qeyri mükəmməl olduğundan və qiymətlər müqavimətli olduğundan qısa müddətdə işsizlik ilə inflasiya arasında seçim mövcuddur. Məsələn, əgər olarsa, yəni faktiki işsizlik “təbii” işsizlikdən aşağı olarsa tələbin yüksək olması səbəbi ilə inflasiya sürətlənəcəkdir. Həmçinin, əgər , əks proseslə inflasiya zəifləyəcəkdir.
İnflyasiya gözləmələri iqtisadi agentləri qiymətlər, əmək haqqının səviyyəsi, nisbi qiymətlər barədə təsəvvürlərinə təsir göstərir. Beləliklə, inflyasiya gözləmələri qısamüddətli məcmu təklif əyrisinin vəziyyətini müəyyən edən amillərdən biridir. Qısamüddətli dövrdə inflyasiya gözləmələrinə əvvəldən verilmiş kimi münasibət bəsləyirlər. Əgər təklif dəyişmirsə, məcmu tələb əyrisi yerini dəyişir və iqtisadiyyat verilmiş qısamüddətli məcmu təklif əyrisi boyunca yerdəyişmə edir. Deməli, pul-kredit siyasətində dəyişikliklər qısamüddətli dövrdə məhsul buraxılışı, qiymətlər, işsizliyin səviyyəsi və inflyasiyanın sürətinin qəfil dəyişiklərinə gətirib çıxarır. Lakin pul təklifinin artırılması yolu ilə qəfil inflyasiyanı əmələ gətirməsi qabiliyyəti yalnız qısamüddətli dövrdə mövcuddur.
Bəziləri fərz edir ki, vahid əmək xərci (artımı) gULC təklif şoklarını tutmaq üçün tənliyə əlavə edilməlidir. Bu standard qısa müddtıi Fillips əyrisini verir bizə:
İqtisadçı Robert J. Gordon bu tənliyi "Üçbucaq model" adlandırıb çünki, bu tənlik 3 faktorlara qısa müddətli inflasiya davranışı izah etməyə çalışır: tələb inflasiyası (aşağı işsizlik səviyyəsi ilə), təklif şokları inflasiyası , və inflasiya gözləntiləri və ya inersia inflasiyası.
Uzunmüddətli Fillips əyrisi Uzunmüddətli dövrdə, belə fərz edilir ki, inflasiya gözləntiləri faktiki inflasiyanı yaxalayacaq və beləliklə olacaqdır. Bu uzun müddətli gözləntilər tarazlığını bildirir. Bu korreksiyanın bir hissəsi faktiki inflasiyaya gözləntilərin adaptasiyası hesabına baş verə bilər. Digəri isə digər faktlar işiğında insanlar iqtisadiyyat üçün yürütdükləri təxmin hesabına ola bilər (bu daha sonralar rasional gözləntilər ideyasını ortaya qoydu).