thumbnail
Yevgeni Zamyatin (; 20 yanvar, 1884 Lebedyan, Tambov quberniyası — 10 mart, 1937 Paris, Fransa) — rus yazıçısı, tənqidçisi və publisisti.
Həyatı Atası pravoslav keşişi, anası isə pianoçu olmuşdur.
Zamyatinin ən məşhur əsəri olan Biz romanı ilk antiutopik romandır. Romanda totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman D-503 fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur.
Corc Oruell 1984, Oldoks Haksli Cəsur Yeni Dünya, Rey Bredberi 451 Faranheyt kimi antiutopik əsərlər Bizdən dən təsirlənərək yazılmışdır.
Əsər Sovetlərdə qadağan olunduğu üçün, kitab şəklində ilk dəfə 1920-ci ildə Londonda ingiliscə tərcümə şəklində çıxmışdır.
Ədəbiyyat Замятин Е. И. Избранное / Сост. и подгот. текста О. Н. Михайлова. — М.: Правда, 1989. — 463 с. Замятин Е. И. Собрание сочинений в пяти томах. М.: Русская книга, Республика, Дмитрий Сечин, 2003—2011.
İstinadlar
Xarici keçidlər N.İbrahimin Bloqu: "Yevgeni Zamyatin - Biz" əsərinin təhlil (1-ci hissə) N.İbrahimin Bloqu: "Yevgeni Zamyatin - Biz" əsərinin təhlil (2-ci hissə)
Kateqoriya:Masonlar Kateqoriya:Bolşeviklər Kateqoriya:XX əsr şəxsləri Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Parisdə dəfn olunanlar Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rusiya sosialistləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Sankt-Peterburq Politexnik Universitetinin müəllimləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Dramlar Kateqoriya:İctimai sahədəki yazıçılar