200px|thumbnail|right|Nürnberq yumurtası "Nürnberq yumurtası" — İntibah dövründə Nürnberq şəhərində ixtira olunmuş saatlar. Bu saatlar öz formasına görə yumurtaya oxşadığından belə adlanmış və ondan istifadə edən şəxslər onu öz kəmərlərinə zəncirlə bərkidirək üstlərində gəzdirərmişlər.

Tarixi 1510-cu ildə Nürnberq şəhərinin sakini Peter Henlayn dairəvi formada olan cib saatlarını ixtira etmişdir. Onun tərəfindən ixtira olunmuş bu saatları pul kisəsinə və cibə qoymaq mümkün olurdu. Bu saatlar təkcə öz quruluşuna görə yumurtanı xatırlatmırdı. Belə ki, latıncadan "saat" sözü ilə alman dilindəki "yumurta" sözünün tələffüzü bir-birinə çox oxşar səsləndiyindən belə adlanmışdır. Bu saatlar Qərbi Avropa ölkələrinin saray əhlinin arasında tez bir zamanda geniş yayılmağa başlamışdır. Müasirləri onun saatları haqda bunları qeyd etmişdilər:

Saatlar şarja qoyulmadan təxminən 40 saat işləyə bilirdi. Bu saatların cəmi bir ədəd saat əqrəbi var idi. Almaniyada orta əsrlərdə baş vermiş Reformasiyanın məşhur xadimi olan Martin Lüterə Henlayn özünün düzəltdiyi bu saatlardan birini hədiyyə vermişdir. Lüter bunu öz iş masasının üzərinə qoysa da burda şeytan əməlinin olmasına şübhə etdiyindən heç vaxt istifadə etməmişdir.

Keçidlər Saatlar. Qnomondan atom saatlarına qədər

Kateqoriya:Saatlar Kateqoriya:İxtiralar Kateqoriya:1510-cu ildə yarananlar Kateqoriya:Bavariya tarixi