right|thumb|250px|1932-ci ildə satışa buraxılmış arifmometr Arifmometr ( — "rəqəm", "hesab" və — ölçü) — alman alimi Qotfrid Leybnitsin yaratdığı stolüstü hesablama maşını.

Ümumi məlumat Toplama, çıxma, vurma, bölmə əməllərinin aparılması üçün işlədilən stolüstü mexaniki və ya elektromexaniki hesablama qurğusu. 15-ci əsrin sonlarında Leonardo da Vinçi 13 mərtəbəli cəmləmə qurğusunun eskizini vermişdir. İlk hesablama maşınları V. Şikkard (1623), B. Paskal (1642) və Q. Leybnits (1672) tərəfindən yaradılmışdır. Arifmometrin istehsalını ilk dəfə K. Tomas Paris şəhərində təşkil etmişdir (1821). 1905-ci ildə alman ixtiraçısı K. Qaman Arifmometri daha da təkmilləşdirmişdi: ədədlərin sayğaca verilməsi və hesablama mexanizminin işə salınması əl ilə və ya elektrik intiqalı ilə həyata keçirilirdi. 20-ci əsrin 70-ci illərində ucuz başa gələn və etibarlı işləyən elektron kalkulyatorların meydana gəlməsi ilə Arifmometr öz əhəmiyyətini itirmişdir.

Tarixi 1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmış və ondan 90 il ərzində istifadə edilmişdir. Arifmometr kütləvi satış üçün nəzərdə tutulmuş ilk mexaniki hesablama maşını idi və insanın kağız üzərində hesabladığından 10 dəfə sürətlə hesablayırdı.Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, səh. 169.

Arifmometrin modelləri Feliks hesablama maşını|thumb|right Feliks hesablama maşını Arifmometr Facit CA 1–13 Arifmometr Mercedes R38SM

İstinadlar

Kateqoriya:Ölçü alətləri Kateqoriya:Fransa ixtiraları Kateqoriya:Mexaniki hesab maşınları