Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor.

Həyatı Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub.

İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur.

26 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat edib.

Kitabları Ədəbi şəxsiyyət və dil. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, 198 s. Qədim dünyamızın ulu kitabı. Bakı: Gəncllik, 1996,120 s. Ana kitabələr. Bakı: Azərnəşr, 1996, 228s. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998, 524 s. “Kitabi Dədə-Qorqud” Bakı: Azərbaycan Tərcümə mərkəzi,1999, 332s. İqrar Əliyevin əleyhinə 9 məqalə. Bakı: Təfəkkür, 2000.84, s. Nizami və tariximiz. Bakı: ADPU-nun mətbəəsi, 2004, 187 s. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. Bakı:Yurd, 2005, 140s. Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları. Bakı: "Elm" RNPM, 2007, 188 s. Azərbaycan dilinin tarixi. İki cilddə. I cild. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2007, 660 s. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, 640 s. Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər). Bakı: "Qarabağ" nəşriyyatı, 2009, 828 s. Azərbaycanşünaslığa giriş. Bakı: Ozan, 2010, 860 s.

İstinadlar

Xarici keçidlər Эльмаддин Махаммед оглы Алибейзаде - science.gov.az Elməddin Məhəmməd oğlu Əlibəyzadə - literature.az

Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Oğuz rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Professorlar Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:SSRİ türkoloqları