Naruhito (; ) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru.
Uşaqlığı thumb|left|Naruhito 1961-ci ilin fevral ayında
Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub.
Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 76. O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür".Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77.
1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi. Naruhitonun atası Akihitonun bir il əvvəlki gəzintisindən sonra bu ərazi haqqında müsbət fikri var idi və o, oğlunu da getməsi üçün dəstəklədi.Hills, Ben (2006). Princess Masako: Prisoner of the Chrysanthemum Throne. London; New York: Jeremy P. Tarcher/Penguin. p. 56. ISBN 1-58542-568-0. OCLC 76074219. O, Colin Harper adlı biznesmenin ailəsində yaşadı.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 57. Şahzadə ev sahibinin uşaqları ilə skripka çaldı, tennis oynadı, Lonsdeyl ərazisində at sürdü və Uluruya dırmaşdı.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60–61. O hətta Avstraliyada önəmli dövlət adamları üçün rəsmi naharda skripka çaldı.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60.
Təhsili Naruhitonun dörd yaşı olanda prestijli Qakuşuin məktəb sistemində qeydiyyata alındı. Bu Yaponiyada elit ailələrin uşaqlarını göndərdiyi məktəb idi.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77–78. Naruhito coğrafiya klubuna qoşuldu.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 79.
Naruhito Qakuşuindan 1982-ci ildə tarix fənnində bakalavr dərəcəsi ilə məzun oldu.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 81. O, növbəti ilin iyul ayında İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç ay intensiv İngilis dili kursuna qatıldı.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 142–143, 152. Naruhito burada 1986-cı ilə qədər qaldı . Naruhito öz 18-ci əsrdə Yuxarı Temzada naviqasiya və yol hərəkəti tədqiqi tezisini 1989-cu ilə qədər yoxlamağa təqdim edə bilmədi.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p.144–145 O, daha sonra The Thames and I--a Memoir of Two Years at Oxford kitabında bu üç ilinə geri qayıtdı. Onun getdiyi yerlər arasında Trout Inn və The White Hart kimi yerlərin daxil olduğu 21 tarixi meyxana var.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 145–146. Naruhito Yapon cəmiyyətinə və Dram cəmiyyətinə qoşuldu, karate və cüdo cəmiyyətlərinin fəxri prezidenti oldu.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 150. O, burada tennis oynadı və Merton komandasında 6 nəfərdən üçüncüsü idi. Naruhito həm də mütəxəssis kimi qolf oynayırdı. Mertondakı ilk üç ilində o, Böyük Britaniyanın tərkibində olan dövlətlərin ən hündür zirvələrinə dırmaşdı: Şotlandiyada Ben Nevis, Uelsdə Snoudon və İngiltərədə Scafell Pike.Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 151.
Şəxsi həyatı 9 iyun 1993-cü ildə Naruhito Masako Owada ilə evlənmişdir. Cütlüyün 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var. 8 ildən sonra doğulan qız ilə taxta qadınların da keçməsini icazə verən qanunun çıxarılması önə sürülmüşdür."Life in the Cloudy Imperial Fishbowl," Japan Times. 27 March 2007. Çünki imperator Akihitonun qardaşı Şahzadə Hitaçinin övladı yox idi, imperatorun əmisi Şahzadə Mikasanın oğlan nəvəsi yox idi və Şahzadə Katsura heç evlənməmişdi. Ancaq Naruhitonun qardaşının oğlu olması ilə imperatorluq taxtının varisi bəlli oldu.
Mükafatları
Fəxri dərəcələri Oksford Universiteti
Fəxri vəzifələri Yaponiyanın Qırmızı Xaç Komitəsinin fəxri vitse-prezidenti Birləşmiş Millətlər Təşkilatının baş katibinin Su və Sanitariyaya görə məşvərətçi şurasının fəxri prezidenti
Həmçinin bax Hazırkı monarxların siyahısı
İstinadlar
Xarici keçidlər
Kunaicho | Their Imperial Highnesses Crown Prince Naruhito and Crown Princess Masako Kunaicho | Press Conference on the occasion of His Imperial Highness the Crown Prince's Birthday (2013)
Kateqoriya:Yaponlar Kateqoriya:Yaponiya imperatorları Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Yaponiya şintoistləri