Tomas Şellinq () (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis.
Həyatı Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib.
Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası () 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı. 1971-ci ildə "Ayrı-seçkiliyin dinamik modelləri" adlı məşhur məqaləsini yayımladı və bir insanın qonşusunun eyni irqdən olmasını seçməsi şəklindəki kiçik bir seçiminin bütünlükdə ayrı-seçkiliyə yol aça biləcəyini isbat etdi. Qlobal istiləşmə müzakirələrində iştirak etmiş və qlobal istiləşmənin nəticələrinin çox büyüdüldüyünü müdafiə etmişdir. Harvard Universitetində ömürlük professor olan Tomas Şellinq, Merilend Universitetin də təhsil heyətində yer almaqdadır.
2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Robert Aumann ilə bölüşmüşdür. Oyunlar nəzəriyyəsi ilə iqtisadi əməkdaşlıq və qarşıdurma mövzularına verdikləri şərhdən ötəri mükafata layiq görülmüşlər.
Əsərləri T. C. Schelling, (1951), National Income Behavior: An Introduction to Algebraic Analysis, McGraw-Hill T. C. Schelling, (1958), International Economics, Allyn and Bacon. T. C. Schelling, (1960), The Strategy of Conflict (1980), Harvard University Press, ISBN 0-674-84031-3. T. C. Schelling, (1966), Arms and Influence, Yale University Press. T. C. Schelling, (1978), Micromotives and Macrobehavior, W. W. Norton and Co. T. C. Schelling, (1984), Choice and Consequence, Harvard University Press.
Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
Xarici keçidlər Tomas Şellinq haqqında Nobel mükafatı e-muzeyində məlumat Tomas Şellinq haqqında faktlar Tomas Şellinqin şəkilləri Tomas Şellinqin müsahibəsi Tomas Şellinqin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
İstinadlar
Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kaliforniyada doğulanlar Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:1921-ci ildə doğulanlar Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ politoloqları