Əhməd Əbdülhəmidoviç Kadırov () — Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının 1-ci dövlət başçısı.
Həyatı 1951-ci ilin avqustun 23-də anadan olan Əhməd Əbdülhəmid oğlu Kadırov ailəsinin sürgün edildiyi Qazaxıstanın Karaqanda şəhərində doğulub. Kadırovlar ailəsi 1957-ci ilin aprel ayında Çeçenistan-İinquşetiya SSRİ-yə geri dönüb.
Çeçenistanın gələcək prezidenti 1971-ci ildə işləmək üçün Sibirə gedir. 1976-cı il oktyabrın 5-də onun övladı Ramzan doğulub. Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirib. Siyasi elmlər namizədidir.
2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində öldürülüb.
İstinadlar
Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları Kateqoriya:Rusiya müsəlmanları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Müftilər Kateqoriya:Rusiyada üstü açılmamış cinayətlər