Aslan Aslanov Əli oğlu Aslanov — Şəmkir rayon İcra Hakimiyyətinin başçısı (1993-2005), YAP Siyasi Şurasının Üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Tbilisinin fəxri vətəndaşı polkovnik.

Həyatı Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Daha sonra kənd təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 23 avqust 2018-ci ildə vəfat edib.

Mənbə

İstinadlar

Kateqoriya:Şəmkir rayonunda doğulanlar Kateqoriya:Şəmkir Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Biologiya üzrə fəlsəfə doktorları Kateqoriya:23 avqustda vəfat edənlər Kateqoriya:2018-ci ildə vəfat edənlər Kateqoriya:Şəmkir rayonunda dəfn olunanlar