Ramazan Həmzət oğlu Xəlilov () — jurnalist, tərcüməçi. professor (1995).

Haqqında Ramazan Xəlilov 1901-ci ildə anadan olmuşdur. 1908–1914-cü illərdə Tiflisdə, 1914–1917-ci illərdə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə "Ləzgi alayı"nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir. R. Xəlilov 1923-cü ildən jurnalistika ilə məşğul olmuş, 1933-cü ildə Moskva Redaktə-Nəşriyyat İnstitutunu bitirmişdir. O, 1933–1938-ci illərdə Sankt Peterburqda yaşamış, jurnalist fəaliyyətini davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gələn Ramazan Xəlilov əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Ü. Hacıbəyovun ədəbi katibi, 1941–1953-cü illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun birinci müavini vəzifəsində çalışmışdır. R. Xəlilov 1975-ci ildən Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinə rəhbərlik etmişdir.

1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. "R. H. Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1995-ci il tarixli 384 nömrəli Fərmanı

Ramazan Həmzət oğlu Xəlilov 1999-cu ildə vəfat etmişdir.

Həmçinin bax Üzeyir Hacıbəyovun baldızı oğludur.Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007, səh.108.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər