Kiyonori Kikutake (; ) — Metabolizm yapon memarlıq cərəyanının banilərindən biriЛидия Адэр. Кионори Кикутаке- взгляд в будущее olan görkəmli yapon memarı. O Toyo İto və İtsuko Haseqava kimi bəzi mühüm yapon memarların ustadı və işəgötürəni olmuşdur.
Həyatı Kikutake 1928-ci ildə Kurumedə (Yaponiya) anadan olmuş və 1950-ci ildə Vaseda Universitetini bitirmişdi.
Fəaliyyəti Kikutake 1953-cü ildə özünün "Kikutake Architects" memarlıq akademiyasını açmışdır.
1958-ci ildə metabolizmin manifesti olan dörd dirək üzərində ucaldılmış bir otaqdan ibarət "Sky house" və ya "bir otağın evi"ni layihələşdirmiş və tikmişdi.
1959-cu ilin "Dəniz şəhəri" ("Marine Siti") layihəsi ona məşhurluq qazandırmışdı. Bu layihə 1960-cı ildə Tokyoda Kenzo Tangenin rəhbərliyi altında keçirilən Dünya Dizayn Konfransında bəyan edilmiş Metabolizm Manifestini formalaşdıran layihələrdən biri idi.
O, öz işini nümayiş etdirmək üçün Kisho Kurokava ilə yanaşı, 1961-ci ildə Nyü-Yorkda keçirilən "Vizyoner memarlıq" sərgisinə dəvət edilmişdi və bunun sayəsində metabolizm cərəyanı beynəlxalq səviyyədə tanınmışdı.
Metabolizm cərəyanının nümayəndəsi olsa da, Kikutake hesab edirdi ki, yapon metabolizmi qərb metabolizmindən yerli ənənəyə (o cümlədən, kağız kuklalar yaradılması ənənəsi) daha yaxın olması ilə seçilir.
1960-cı illərdən başlayaraq Kikutake şəhər mərkəzlərinin tikilməsinin yüksək sıxlığı problemini tədqiq edir və bu problemi həll edə biləcək hündür binaların layihələndirilməsi prinsipini işləyib hazırlayır. Məsələn, reallaşdırılmış "Habitat" layihəsində o özünün dəniz şəhərləri, hündür göydələnlərin və meqastrukturların bəzi prinsiplərini canlandırmışdır.
Kikutake vəfat edənədək memar kimi fəaliyyət göstərmişdi. O həm də Yaponiya Memarlıq İnstitutunun prezidenti və fəxri prezidenti olmuşdur.
Mükafatları Kikutake bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür. Bu mükafatlar arasında Yaponiya Memarlıq Akademiyasının mükafatı (1970, UİA (Beynəlxalq Memarlar Birliyi) mükafatı (1978) və Ogüst Perre mükafatı da olmuşdur. Amerika Memarlar Assosiasiyasının (AİA) fəxri üzvü olmuşdur.
Layihələri thumb|250px|right|Edo-Tokyo Muzeyi, Kiyonori Kikutake tərəfindən layihələndirilmişdir Səma evi (Sky House), Tokyo, 1958; Marine Siti, 1958 Tatebayaşi Sülh Mərkəzi, 1963 Izumo məbədinin inzibati binası, 1963 Pasific Hotel (Çiqasaki), 1966 Miyakonojo Sülh Mərkəzi, 1966 Expo'70 sərgi mərkəzi (Osaka), 1969 Matsumi Tauer, 1976 Tanabe İncəsənət Muzeyi, 1979 Seiyo Hotel (Tokyo), 1987 Edo-Tokyo Muzeyi, 1993 Sofitel Hotel (Tokyo), 1994 Shimane İncəsənət Muzeyi, 1999 Milli Shoua Xatirə Muzeyi, 1999 Kyuşu Milli Muzeyi, 2005
Qalereya
İstinadlar
Xarici keçidlər K. Kikutake Architects Kiyonori Kikutake. The Telegraph Marine City, 1958
Kateqoriya:Yaponiya memarları Kateqoriya:Yapon memarlar Kateqoriya:XX əsr memarları Kateqoriya:Metabolizm (memarlıq) Kateqoriya:Fukuoka prefekturasında doğulanlar Kateqoriya:Yaponiyada vəfat edənlər Kateqoriya:Vaseda Universitetinin müəllimləri