Bruno Cakometti (; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat.
Həyatı Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb.
Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı.
1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Cakometti 105 yaşında 2010-cu il martın 21-də İsveçrənin Zollikon bölgəsində vəfat etmişdir.
Ailəsi Atası Covanni Cakometti rəssam, qardaşları Alberto və Dieqo Cakomettilər isə tanınmış memar və heykəltaraş olublar. O, Alberto və Dieqodan kiçik idi.
Bruno Cakomettinin həyat yoldaşı Odette Duperret ilə İsveçrənin Zollikon bölgəsində yaşamışdır. Onlar 1935-ci ildə evlənib və xanım Odetin ölümünə - 2007-ci ilədək bir yerdə yaşayıblar.
Layihələri 300px|thumbnail|Kur Təbiət Muzeyi Usterdə Ratuşa (1965) Venesiya Biennalesində İsveçrə pavilyonu (1962) Kur Təbiət Muzeyi (1982) İsveçrədə tibbi klinika
İstinadlar
Kateqoriya:İsveçrə mesenatları Kateqoriya:İsveçrə memarları Kateqoriya:İsveçrədə doğulanlar Kateqoriya:İsveçrədə vəfat edənlər Kateqoriya:İsveçrə uzunömürlüləri