Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən, yəni "20 Yanvar" dairəsindən Bakıxanov küçəsinə kimi uzanır.
Tarix Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliləyərək yüzlərlə insanı öldürmüşlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşlar.
2024-cü ildə avtobuslar üçün nişanlanma və yol nişanlarının quraşdırıldığı xüsusi zolaq yaranıb.
Mühüm tikililər və heykəllər Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına İdman-Konsert Kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası
Ədəbiyyat Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
İstinadlar
Kateqoriya:Bakı prospektləri Kateqoriya:Şəhərlərin adını daşıyan küçələr