Hans Hollyayn (; ) — Avstriyalı memar və dizayner.

Həyatı Hans Hollyayn 1956-cı ildə Vyananın Gözəl Sənətlər Akademiyasından məzun olduqdan sonra 1959-cu ildə İllinoys Texnik İnstitutunda, 1960-cı ildə Kaliforniya Universitetində təhsil aldı. 1964-cü ildə Vyanaya dönənə qədər İsveç və ABŞ-nin müxtəlif şirkətlərində işlədi.

1963–1964 illəri arasında ABŞ-nin Sent-Luis şəhərinin Vaşinqton Universitetində qonaq professor kimi dərs verdi.1967–1976-cı illəri arasında da Düsseldorf şəhərində Gözəl Sənətlər Akademiyasında dərs verən Hans Hollyayn 1976-cı ildən Avstriyanın Vyana şəhərindəki Tətbiqi İncəsənət Universitetində dərs verməyə davam edir.

1985-ci ildə Pritsker mükafatını qazanmışdır.

Tanınmış işləri 1964–1965: Abteyberq muzeyi, Münxenqladbax, Almaniya 1972:Şullin Zinnət Dükkanı, Vyana, Avstriya 1972–1982: Abteyberq muzeyi (yeni bina), Münxenqladbax, Almaniya 1983:Rauçstrasse, Berlin, Almaniya 1983–1991: Müasir İncəsənət Muzeyi, Frankfurt 1990:Haas Evi, Vyana, Avstriya 1992–2002 : Niederösterreiçişes Landes Muzeyi, St-Pölten, Avstriya 1996–2001: Avstriya Səfərliyi Berlin, Almaniya 1997–2002: Sentrum Bank, Valdust, Avstriya (Bargetze+Partner ilə) 1997–2002: Vulkaniya, Avropa Vulkan Mərkəzi, Fransa

Mükafatları 1966 və 1984: Reynolds Memorial Mükafatı 1983: Großer Österreiçişer Staatspreys Mükafatı 1985: Pritsker mükafatı 1990: Österreichisches Ehrenzeichen für Wissenschaft und Kunst Mükafatı

Qaleriya

İstinadlar

Kateqoriya:Avstriya memarları Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:İllinoys Texnologiya İnstitutunun məzunları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Avstriyalı dizaynerlər