Qroznı (, https://etokavkaz.ru/obshchestvo/10-mifov Местные называют город, в переводе на русский, «Городом-на-Сунже» (Соьлжа-гӀала по-чеченски, Сююнч-къала по-кумыкски)., http://www.academia.edu/25919615/%D0%A2%D1%8E%D1%80%D0%BA%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F_%D1%81%D0%B5%D0%B2%D0%B5%D1%80%D0%BE-%D0%BA%D0%B0%D0%B2%D0%BA%D0%B0%D0%B7%D1%81%D0%BA%D0%B8%D1%85_%D0%B3%D0%BE%D1%80%D0%BE%D0%B4%D0%BE%D0%B2 Грозный - древнее название Сюйюнч-Къала, варианты Сюйюнчю Къала. Сюйюнчю радость, а Сюйюнчю-Сюйюмчю - обязательный подарок за сообщение радостной вести.) — Şimali Qafqazda şəhər. Rusiyanın cənubunda yerləşir, Çeçenistan Respublikasının paytaxtı, Qroznı rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir.
Etimologiyası Şəhər Sevinc çayının (, , ) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (, , ) adı verdilər. Daha sonra (1818 — 30 dekabr 1869 kimi) Qroznaya qalası (), 30 dekabr 1869-cu ildən etibarən isə Qroznı (rus dilindən tərcüməsi vahiməyə basan, hədələyici, qorxuducu) olub. Çeçenistan yerli əhalisi arasında şəhərin adı Sölƶa-Ġala kimi də adlandırılır. 1998-1999-cu illərdə Çeçenistanın o vaxtkı hakimiyyəti olan Çeçen İçkeriya Respublikasının hakimiyyəti şəhərin adını dəyişərək mərhum çeçen lideri Cövhər Dudayevin şərəfinə Cövhər-Qala () adlandırsa da, Çeçenistan Rusiyanın hakimiyyəti altına qayıtdıqdan sonra şəhər yenidən Qroznı adlanmağa başladı. 2005-ci ildə Çeçenistan parlamenti şəhərin adını dəyişərək Çeçenistanın digər mərhum lideri Əhməd Kadırovun şərəfinə Əhməd-Qala () adlandırmağı təklif etsə də, Çeçenistan lideri Ramzan Kadırov bu təklifi rədd etmişdi. İqlim Qroznıda yay aylarında, temperatur bəzən kölgədə +35 °C ni ötür. Yağıntılar yayda qeyri-müntəzəmdir. Qroznı şimaldan gələn soyuq hava kütləsindən heç bir dağ massivi ilə qorunmur deyə qış aylarında şəhərin havası çox soyuq olur. Bəzən güclü şaxtalar olur (-20 C və daha aşağı). Yayda Qorznıda hava isti və quru keçir, bəzən temperatur +35 C dərəcəni keçir.
Qardaşlaşmış şəhərlər Məşhur şəxslər
Həmçinin bax Sultan Bilimxanov stadionu
İstinadlar
Mənbələr
Kateqoriya:Çeçenistan şəhərləri Kateqoriya:Qroznı Kateqoriya:Terek vilayəti Kateqoriya:1818-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Asiya dövlətlərinin paytaxtları