Kamilə Əli ağa qızı Əliyeva () — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı

Həyatı Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb.

Kamilə Əliyeva ailəlidir.

Fəaliyyəti Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı.

Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.

Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı (27 may 2019-cu il)

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri