Çəhəl Sütun ( "qırx sütun") — XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə Qəzvində inşa olunan saray. Saray gözəl xəttatlıq nümunələri ilə bəzədildiyi üçün hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir..

Tarixi Saray şəhərin mərkəzində Azadi meydanı ilə üzbəüz yerləşir. Bu saray paytaxtı Qəzvinə köçürən ikinci səfəvi şahı Təhmasibin dövründə tikilib. Sarayın vaxtilə şiş uclu damı olduğuna görə papağa bənzəyirdi və bu saray insanlar arasında "firəng papağı" kimi də tanınır. Saray arkada ilə əhatələnib. Arkadaya hər tərəfdən portallar vasitəsilə daxil olmaq olar. Yuxarı mərtəbə qalereya ilə əhatələnib və dama 32 sidr ağacından düzəlmiş sütunlardan dayaq verilib. Deyilənə görə Təhmasib şah rəssamlıq və xəttatlıqla məşğul olurdu. O, bir çox əsərlər, o cümlədən Qəzvində Çəhəl Sütun sarayının eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkmişdi. 1588-ci ildə Şah Abbasın tacqoyma mərasimi də bu sarayda baş tutub. Sonradan Qacarların hakimiyyəti dövründə saray yenidən təmir olunub. Hazırda sarayda Xəttatlıq muzeyi fəaliyyət göstərir.

Şəkillər

Həmçinin bax Çəhəl Sütun Sarayı Ali Qapı Həşt-Behişt

İstinadlar

Kateqoriya:1510-cu ildə yarananlar Kateqoriya:XVI əsr memarlığı Kateqoriya:Qəzvinin tarixi abidələri Kateqoriya:Səfəvi sarayları Kateqoriya:Qəzvinin görməli yerləri