Nəriman Abbasqulu oğlu Əzimov () — azərbaycanlı bəstəkar və dirijor, professor (2003), Azərbaycan Respublikasının Xalq artisti (1991), Prezident təqaüdçüsü. Həyatı Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr etmişdir.
Nəriman Əzimov AzTR-nin Xor kollektivində xormeyster işləmişdir. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Həmçinin AzTV QSC səs rejissoru işləmişdir. N.Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanmışdır.
Ölümü Uzun sürən ürək çatışmazlığından və xəstəlikdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat etmiş və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edilmişdir.Xalq artisti vəfat etdi . qafqazinfo.az, 19.11.2016 .
Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 09.12.1982Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri komitəsi işçilərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 9 dekаbr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikasının Xalq artisti — 1991 "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 may 1991-ci il tarixli, 200 nömrəli Fərmanı 7 noyabr 2016-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Xarici keçidlər Əzimov Nəriman Abbasqulu oğlu
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:1936-cı ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Azərbaycan dirijorları