() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi yayılması Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii arealı vardır.
Azərbaycanda yayılması Təbii halda Göyçay rayonunda rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir.VU D2.
Bitdiyi yer Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir.
Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 0,3-0,6 sm arasında ola bilir. Yarpaqlarının üst hissəsi seyrək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə ola bilir. Bitkidə çiçəklərin sayı 3-4 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında meyvə verir.
Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax