Deyl Martinsen (; ) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır.

Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.

Deyl Martinsen Şimal-Qərb Universitetində professor olan Beverli Martinsenlə evlidir.

Mükafatları 1965 — Aleksandr Henderson mükafatı. 2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (), Xristofor Pisserideslə birlikdə. 2010 — İqtisadiyyat üzrə Nobel mükafatı, Piter Daymond və Xristofor Pisserideslə birlikdə.

Əsərləri D. Mortensen and E. Nagypál (2007), 'More on unemployment and vacancy fluctuations.' Review of Economic Dynamics 10 (3), pp. 327–47. D. Mortensen (2005), Wage Dispersion: Why Are Similar Workers Paid Differently?, MIT Press. ISBN 0-262-63319-1 K. Burdett and D. Mortensen (1998), 'Wage differentials, employer size, and unemployment.' International Economic Review 39, pp. 257–73. D. Mortensen and C. Pissarides (1994), 'Job creation and job destruction in the theory of unemployment.' Review of Economic Studies 61, pp. 397–415. D. Mortensen (1986), 'Job search and labor market analysis.' Ch. 15 of Handbook of Labor Economics, vol. 2, O. Ashenfelter and R. Layard, eds., North-Holland. D. Mortensen (1982), 'Property rights and efficiency of mating, racing, and related games.' American Economic Review 72 (5), pp. 968–79. D. Mortensen (1982), 'The matching process as a non-cooperative/bargaining game.' In The Economics of Information and Uncertainty, J. McCall, ed., NBER, ISBN 0-226-55559-3. D. Mortensen (1972), 'A theory of wage and employment dynamics.' In Microeconomic Foundations of Employment and Inflation Theory, E. Phelps et al., eds., Norton, ISBN 978-0-393-09326-1

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Deyl Martinsen haqqında Nobel mükafatı e-muzeyində məlumat. Deyl Martinsen haqqında faktlar. Deyl Martinsenin şəkilləri. Deyl Martinsenin müsahibəsi. Deyl Martinsenin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:Karnegi Mellon Universitetinin məzunları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ yazıçıları