Kolxida stafulası —

Ümumi yayılması Gürcüstanda və Türkiyədə təbii şəraitdə yayılmışdır.

Azərbaycanda yayılması Balakən rayonu ərazisində, Quruçay hövzəsində, Cüncüllü taxta adlı yerdə ras gəlinir.

Statusu Azərbaycanın nadir bitkisidir. CR B2b(i, ii, iii).

Bitdiyi yer Aşağı və orta dağ qurşağında, meşəliklərdə, kölgəli yerlərdə rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Kolxida qönçəlisi (stafulası) təbiətdə 4 m-ə qədər hündürlükdə olan kol və ya ağacdır. Yarpaqları qarşı-qarşıya düzülərək təklələkvarıdır. Yarpaqların kənarları mişardişlidir. Çiçəkləri uzunsov süpürgə çiçək qrupunda toplanmışdır. Hər meyvə yuvasında 1–2, bəzən 3 meyvə olur. Toxumları yumrumsov-yumurtavarı olub, bozumtul-qonur rəngdədir.

Təbii halda aşağı və orta dağ qurşağında kölgəli yerlərdə yayılmışdır. Dəniz səviyyəsindən 800–1000 m yüksəkliklərə qalxmır. Bu nadir bitki növü rütubətli və humusu zəngin olan torpaqlarda rast gəlinir.

Azərbaycanda Balakən rayonu ərazisində fıstıq-vələs meşələri altlığında təbii arealı vardır. Kolxida qönçəlisi morfoloji əlamətlərinə görə S. pinnatadan fərqlənmir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri Yeni yasaqlıqların yaradılması zəruridir.

Məlumat mənbələri Деревья и кустарники СССР. т.2.1951; Флора Азербайджана. т.3. 1952; Azərbaycanın ağac və kolları. I cild. 1961; Красная Книга СССР. 1984; Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. "Azərbaycan dendraflorasi" I cild, Baki, "Elm", 2011, 312 səh. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov.

İstinadlar

Kateqoriya:Avropa florası Kateqoriya:Qafqaz mədəniyyəti Kateqoriya:Gürcüstan mətbəxi Kateqoriya:Staphyleaceae Kateqoriya:Yeməli vəhşi bitkilər