8 Noyabr prospekti — Azərbaycanın Bakı şəhərinin ən böyük küçələrindən biri, şəhərin mərkəzini şəhərin Xətai rayonu ilə birləşdirir. Əvvəlki adı Nobel prospekti, onda da qabaq Fəhlə prospekti olmuşdu.

Haqqında 8 Noyabr prospekti Bakı şəhərinin Xətai rayonunda ərazisində yerləşir. Bu prospekt Xətai rayonunun ən uzun küçəsidir, Bakı şəhərinin isə ən böyük küçələrindən biridir. Prospektin uzunluğu 10 km təşkil edir. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ətrafında Zığ şossesinə keçir.

Küçə iki istiqamətlidir, 8 zolaqlıdır.

8 Noyabr prospektinin Xətai metro stansiyası arasında təqribən 1 km-ə yaxın məsafə var. Hal hazırda bu prospekt boyunca bir neçə metro stansiyasının inşası nəzərdə tutulur. Şərti adları "Ağ şəhər", "Azərneftyağ zavodu", "Nargilə kafesi", "Həzi Aslanov - 2" olan gələcək metro stansiyalarının tikintisi bu prospektin boyu istiqamətində nəzərdə tutulur.

“Hərbi Qənimətlər parkı”, Zəfər parkı 8 Noyabr Prospekti tərəfdə yerləşirlər

Tarixi Prospekt Sovet vaxtı Fəhlə prospekti kimi tanınırdı. O dövrdə prospektin ərazisində çoxlu zavodlar fəaliyyət göstərirdi; sonradan isə ərazidə abadlıq işləri aparılmışdı, və zavodlar köçürülmüşdü.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, küçə Nobel prospekti adlandırılmışdı. Bu ad XIX-cu əsrin sonunda Azərbaycanın neft sənayesinin qurulmasında iştirak etmiş isveçli Nobel qardaşlarının şərəfinə idi.

Küçə əvvəllər 6 zolaqlı idi, hal hazırda 8 zolaqlıdır.

Əvvəllər, küçənin uzunluğu 6,5 km idi, və bu küçə Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçirdi, yəni yolun sonu “Nargilə dairəsi” adlanan ərazidə bitirdi.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin şərəfinə 8 noyabr tarixi 3 dekabr 2020-ci il tarixində Zəfər günü elan edilmişdi. Zəfər gününün şərəfinə 12 aprel 2021-ci il tarixində prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir. Prospekt genişləndirilmiş, Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsi də bu prospektə qatılmışdı. Bununla da bu prospektin uzunluğu 10 km təşkil etdi, və bu prospekt Bakının ən böyük prospektlərindən biri oldu.

İstinadlar

Kateqoriya:Bakı prospektləri Kateqoriya:Əlifba sırasına görə küçələr