Səhra aslanı () — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi.
Prodüserliyini və rejissorluğunu ərəb əsilli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir.
Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir.
Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu.
Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Məzmun
1922-ci ildə İtaliyada Faşistlərin Benito Mussolini (Rod Steiger) liderliyində iqtidara gəlmələri ilə Böyük Roma İmperiyasını yenidən qurma xəyalları təkrar coşur. 1929-cu ildə bu dəfə General Rodolfo Graziani (Oliver Reed) əmrindəki yeni bir ordu ilə daha əhatəli və genişmiqyaslı bir işğala başlayır. Liviyanın müstəmləkələşdirilməsinə çox əhəmiyyət verən Mussolini hərəkatı İtaliyadan şəxsən idarə edir. Ancaq ilk işğaldan bəri müqavimətin içində olan Ömər Muxtar (Anthony Quinn) bu dəfə müqavimətin başına keçərək bədəvilərdən və kəndlilərdən ibarət olan Liviya xalqını İtalyanlara qarşı təşkilatlandırır. İtalyanların müasir silahları və tankları qarşısında sadə silahları ilə atlı bədəvilər illərlə müqavimət göstərir və İtalyanlara böyük itkilər verdirirlər. Ömər Muxtarın bu şərəfli müqaviməti işğalçı İtalyan zabitlərində belə heyranlıq və hörmət oyandırır. Ancaq 1931-ci ildə Ömər Muxtarın tutulması və edam edilməsi ilə 20 illik müqavimət sona çatır.
Xəbərdarlığın sonu
Yaradıcılar Çəkiliş qrupu + Vəzifə AdProdüser Mustafa AkkadRejissor Mustafa AkkadSsenarist H. A. L. KreyqBəstəkar Maurice JarreMontaj John Shirley
Rollarda
300px|thumb|right|Rodolfo Bigotti və Irene Papas filminin çəklişi zamanı; + Aktyor Rol Anthony Quinn Ömər Muxtar Oliver Reed Gen. Rodolfo Graziani Irene Papas Mabrouka Raf Vallone Colonel Diodiece Rod Steiger Benito Mussolini John Gielgud Sharif El Gariani Andrew Keir Salem Gastone Moschin Major Tomelli Stefano Patrizi Lt. Sandrini Adolfo Lastretti Colonel Sarsani Sky du Mont Prince Amadeo (as Sky Dumont) Takis Emmanuel Bu-Matari Rodolfo Bigotti Ismail Robert Brown Al Fadeel Eleonora Stathopoulou Ali's Mother Luciano Bartoli Captain Lontano Claudio Gora President of Court Giordano Falzoni Judge at Camp Franco Fantasia Graziani's Aide Ihab Werfali Ali Ewen Solon Loris Bazzocchi (as Loris Bazoki) Alec Mango Filippo De Gara (as Filippo Degara) George Sweeney Captain Biagi Luciano Catenacci Italian Soldier |- | Victor Baring
| Pietro Brambilla | Young Soldier|- | Pietro Tordi | Field Marshal|- | Massimiliano Baratta | Capture Captain|- | Mario Feliciani | Lobitto|- | Gianfranco Barra | Sentry|- | Piero Gerlini | Barillo (as Pietro Gerlini)|- | Lino Capolicchio | Captain Bedendo''
Qeydlər
Həddindən artıq dərəcədə diqqətli bir rejissor olan Mustafa Akkad filmin çəkiliş mərhələsində məkanlardan kostyumlara, silahlardan texnikalara qədər hər şeyin əsil olmasını istəmişdir. Həqiqətə yaxın olma işini o qədər irəli aparıbmış ki, filmdə Benito Mussolini rolunu oynayan Rod Steigerin saçını qırxdırmaq üçün vaxtikən Mussolininin həqiqətən taraş etmiş öz bərbərini tapıb gətirmişdir. Filmin çəkilişinin araşdırma mərhələsində çox da çətinliklə qarşılanılmayıb. Çünki özünə həddindən artıq güvənmiş bir diktator olmuş Benito Mussolini eyni zamanda təbliğata da çox əhəmiyyət vermiş və Liviya səfərinin hər detalını geniş şəkildə lentə aldırıbmış. Bu səbəblə araşdırma mərhələsi yalnız 1,5 il sürmüşdür. Liviya lideri polkovnik Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilən filmin çəkilişləri də Liviya çöllərində edilmişdir. Çəkilişlər üçün çölün ortasında, Benqazidən 1000 km uzaqda yoxdan bir kənd inşa edilmişdir. 500 insanın qala biləcəyi bu kəndə yemək-içmək də daxil olmaqla bütün ləvazimatlar İngiltərədən gətirilmişdir. Qum kamera və linzalara zərər verdiyi üçün hər 2 saatdan bir müntəzəm olaraq təmizlənmişdir. Eyni şəkildə silahlar da tutulmasın deyə eyni nizamla silinmişdir. Bütün bu diqqətli fəaliyyət beynəlxalq genişheyətli bu epik layihəni zərər etməkdən xilas etməmişdir. Filmə 35 milyon dollar yatırılmasına baxmayaraq, beynəlxalq bazarda yalnız 1 milyon dollarlıq bir hasilat əldə edilmişdir. Qəddafi tərəfindən maliyyələşdirildiyinə görə əvvəl-əvvəl tənqidçilər tərəfindən kiçildilən də və laqeyd yanaşılan film bir neçə il keçəndən sonra yenidən qiymətləndirilmiş və bu dəfə tənqidçilər tərəfindən alqışlanmışdır. Mustafa Akkad bütün Hellovin filmlərinin (8 dənədir) prodüseri olmuşdur. Bu səbəblə özünə "Hellovin filmlərinin babası" ləqəbi verilmişdir. Rejissor kimi də sadəcə 3 filmə imza atmışdır. Bunlardan Məhəmmədin həyatından bəhs edən 1976-cı ilin filmi Çağırış () və Çöl Aslanı () ən məşhurlarıdır.
Həmçinin bax
Çağırış (film, 1976)
İstinadlar
Xarici keçidlər
amazon.com-da Çöl aslanı
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Liviya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Mustafa Akkadın filmləri Kateqoriya:1981-ci ilin filmləri Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:İslam haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:ABŞ-nin müharibə filmləri