Emma Qələndər qızı Məlikova () — Azərbaycan teatr aktrisası, Azərbaycanın əməkdar artisti (2014).
Həyatı Emma Məlikova 30 yanvar 1949-cu ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. Gözəl vokal səsə (metso-soprano) və səhnə mədəniyyətinə malik aktrisadır. Evlidir. 2 övladı var. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsindəki rolları (Fikrət Əmirov) — "Gözün aydın" — Nargilə (Emin Sabitoğlu, Rüfət Əhmədzadə) — "Hələlik" — Jalə (Oqtay Kazımi, Ramiz Heydər) — "Qızıl toy" — Ballı (Emin Sabitoğlu, Sabit Rəhman) (ikinci qruluşda 1993) — "Hicran" — Qızbacı (Zakir Bağırov, Məcid Şamxalov) — "Qaynana" — Mülayim (Vasif Adıgözəlov, Faşurov) — "Lənət Şeytana" — 4-cü arvad (Süleyman Ələsgərov, Şıxəli Qurbanov) — "Özümüz bilərik" — Nabat (Cahangir Məmmədov) — "Volqalı canan" — Təşəkkür (Rauf Hacıyev, Faiq Zöhrabov) — "Talelər qovuşanda" — Leyla (Rəşid Şəfəq, Abdulla Şaiq) — "Bir saatlıq xəlifə" — Səlbi (Zülfüqar Hacıbəyov) — "50 yaşında cavan" — Kələk (Süleyman Ələsgərov, İsi Məlikzadə) — "Subaylarınızdan görəsiniz" — Səməni (Üzeyir Hacıbəyli) — "O olmasın bu olsun" — Yengə (Üzeyir Hacıbəyli) — "Ər və arvad" — Kəblə Qubadın arvadı (Sərdar Fərəcov, Əziz Nesin) — "Şəhərdə manyak var" — Xumar (Nikolay Vasilyeviç Qoqol) — "Evlənmə" — Arina Pantelemonovna
Filmoqrafiya Qəzəlxan (film, 1991) Şirbalanın məhəbbəti (film, 1991) İki hekayə (film)
İstinadlar
Mənbə Emma Məlikova
Kateqoriya:Azərbaycan aktrisaları