Mürsəl Bakı () — Birinci Dünya müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millətvəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbiçisidir. 9 sentyabr 1922-ci ildə I Süvari Diviziyasının komandiri olaraq İzmir şəhərinə daxil olan ilk türk generalıdır.
Həyatı və fəaliyyəti Mürsəl Bakı 1881-ci ildə Ərzurumda anadan olub, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsiylə fəaliyyətə başlamışdır. Birinci Dünya müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olmuşdur. 1918-ci ilin sentyabrında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu ilə Bakı döyüşünə qatılaraq, Bakının azad edilməsində iştirak edib93.Yıl Önce Türk Ordusu Bakü´deydi. , gundem.be, Yoxlanılıb: 13.11.2014Yalçın Küçük — İsyan , I cild, İthaki, səh. 228Ozan Arslan — Osmanlı'nın son zaferleri: 1918 Kafkas harekâtı , Doğan Kitap, 2010, səh. 104 və 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib.Mürsel Bakü kimdir , filozof.net, Yoxlanılıb: 13.11.2014
Birinci Dünya müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub.Bilâl N. Şimşir — Malta sürgünleri , Bilgi Yayınevi, 1985, səh. 29–30Vahakn N. Dadrian,Taner Akcam — Judgment at Istanbul: The Armenian Genocide Trials Azadlığa buraxılmasından sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək Türkiyə Qurtuluş Savaşına qatılıb. Böyük Smirna Hücumu zamanı I Süvari Diviziyasının komandiri olub və Mirliva rütbəsi ilə təltif edilib. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Osmanlı bayrağını yüksəldən Mürsəl Bakı Paşa, dörd il sonra İzmirə girən ilk türk generalı oldu və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik etdi.Tuncer Baykara — İzmir ṣehri ve tarihi , Ege Universitesi Malbaasi, 1974, səh. 92 Bundan sonra bir müddət VII Ordu Korpusunda vəkil kimi çalışmışdır. Həmin müddətdə Cənubi Anadoluda kürdlərin mərkəzi hökumətə qarşı başladıqları Şeyx Səid üsyanının yatırılmasında iştirak edib.Uğur Ümit Güngör — Social Relations in Ottoman Diyarbekir, 1870–1915 , səh. 289
23 avqust 1938-ci ildə hərbi xidmətdən təqaüdə çıxmışdır. VII çağırış Türkiyə Böyük Millət Məclisində Kocaelini təmsil etmişdir. 1945-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
İstinadlar
Həmçinin bax Bakı döyüşü Qafqaz İslam Ordusu
Xarici keçidlər Çünkü Bakü’ye giren Mustafa Kemal Paşa değil Mürsel Paşa’ydı…
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Qafqaz İslam Ordusunun döyüşçüləri Kateqoriya:Maltaya sürgün olunanlar Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı siyasətçiləri