"Marş" — 1997-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər şənbə saat 15:20-də yayımlanan hərbi-vətənpərvərlik televerilişi. Verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qəribdir.

Verilişin rubrikaları "Arsenal" – Rubrikada Azərbaycan Müdafiə Sənayesi Nazirliyi müəsisələrində istehsal olunan silahlarlardan, digər ölkələrdə istehsal olunan silah sursat və hərbi texnikaların döyüş və taktiki xüsusiyyətlərindən danışılır. "Bilmək borcundur" — Rubrikada Azərbaycan Silahlı Qüvvələrinin xidmətə çağırış və xidmətkeçmə qaydaları, eləcə də hərbi fərqlənmə nişanları haqqında məlumat verilir. "Gözlə məni" — Rubrikada əsgərlər öz doğmalarına salamlar yollayır; əsgərlərin doğmalarının onlara SMS vasitəsilə göndərdikləri məktublar studiyada aparıcı tərəfindən səsləndirilir. "Hərbi xəbər" — Azərbaycan və dünya ordularında həftə ərzində baş verən mühüm hadisələr. "Müharibə olduğu kimi" — Qarabağ müharibəsi və digər münaqişə ocaqlarından arxiv görüntülərinin şərhsiz verilməsi. "Tarixin döyüşləri, döyüşlərin tarixi" — Qədim dövrlərdən başlayaraq Azərbaycanın tarixində baş verən savaşlardakı döyüşlər haqqında. Bundan əlavə, həftə ərzində təqvimdə olan hərbi tarixi hadisə və şəxsiyyətlər haqda məlumat verilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan televiziya verilişləri Kateqoriya:ANS TV verilişləri Kateqoriya:1997-ci ildə yarananlar