Rafael Əmənzadə () — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın "Əməkdar müəllim"i (2009)

Həyatı Əmənzadə Rafael Yusif oğlu 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub. 1950–1960-cı illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub 1960–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ailəlidir, üç övladı var.

Aprelin 21-də müalicə olunduğu klinikada vəfat etmiş, Aprelin 23-də Bakıda IQurd qapısında dəfn olunmuşdur.

Təhsili, elmi dərəcə və elmi adları 1960–1966, tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti. 1966–1969, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin "Plastiklik nəzəriyyəsi" kafedrasında akad. Y. N. Rabotnovun rəhbərliyi altında aspirant olub. 1970, f.-r.e.n., "Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli". 1980, f.-r.e.d., "Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması".

Əmək fəaliyyəti 1982 — h/h , kafedra müdiri, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1972–1982, baş müəllim, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1969–1972, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. Apardığı dərslər: Bütöv mühit mexanikası, Çoxfazalı sistem mexanikası. 150 elmi məqalənin və iki kitab müəlifidir.

Tədqiqat sahəsi Deformasiya olunan bərk çisim mexanikası, Hidromexanika.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı 1999 — Nijni Novqorod, Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XIX Beynəlxalq konfrans. 2002 — Nijni Novqorod , Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XX Beynəlxalq konfrans. 2006 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XIV Beynəlxalq konfrans. 2008 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XV Beynəlxalq konfrans. 2008 — Kazan, Rusiya: "Qeyri-xətti örtüklər mexanikasının müasir problemleri" Beynəlxalq elmi seminar. 2008 — Moskva, Rusiya: "Qeyri struktur materialların möhkəmliyi" IV Avroasiya elmi-praktiki konfrans. 1995 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" IX Beynəlxalq konfrans.

Seçilmiş əsərləri Variasiya prinsipindən qalinliğına görə qeyri-bircins qeyri-xətti halqanın qabarma məsələsində istifadə olunmasi.-1995 İdeal maye yerləşən örtukdə dalğa xarakteristikalarına sürüşmə yerdəyişmələrinin təsirinin asimptotik analizi.-1996 Maye yerləşən ortotrop örtüyün dalğa xarakteristikalarına axının təsiri.- 1999 Qeyri-xətti elastiki materialdan hazırlanmış uzun silindrik örtüyun qabarması.-2002 Sərt bərkidilmiş qeyri-xətti elastiki çox laylı çubuğun limit halı.-2006 Uzun coxtəbəqəli özlü elastik örtüyün böhran zamanı.-2007 Sürüşmənin mayeli coxlaylı silindrik örtüyün dalğa xarakteristikalarına təsirinin asimptotik analizi.- 2007 Qeyribircins elastiki örtüyün həndəsi qeyri-xətti nəzəriyyəsinin variasiya üsulu.-2008 Özlu elastiki mayenin daralma effekti olan elastiki boruda dalğavarı axını haqqında məsələnin həlli.- 2008

Kitablar Mexanikadan laboratoriya praktikumu (dərs vəsaiti).-1973 Bütöv mühit mexanikasının əsas anlayışları və tənlikləri.-1987

Mənbə http://e-qanun.az/files/framework/data/18/f_18551.htm http://mechmath.bsu.edu.az/az/content/rafael_mnzad_368 http://www.imm.az/exp/dissertasiya-surasinin-t%C9%99rkibi/

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar müəllimləri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Azərbaycan fizikləri