Mixail Həmid bəy Şervaşidze — Abxaziya knyazlığının son knyazı.

Həyatı 1806-cı ildə Georgi Səfər bəy Şervaşidze və Tamara Dadianinin ikinci oğlu olaraq dünyaya gəldi. Doğularkən adı Həmid idi. Ubıx knyaz ailəsi Berzeklər sülaləsi tərəfindən böyüdüldü. Daha sonra atası tərəfindən xristian edilərək Mixail adını qəbul etdi. Tiflisdə hərbi təhsil aldı. 1821-ci ildə atasının, 1823-cü ildə isə qardaşı Dmitri Ömər bəy Şervaşidzenin ölümündən sonra 15 yaşında knyaz elan olundu.

Knyazlığı 1824-cü ilədək abxaz-türk əsgərlərinin mühasirəsində yaşadı.İmam Şamilə qarşı Rusiyanı dəstəklədiyi üçün general-mayor rütbəsini aldı. Krım müharibəsi gedişində Osmanlı generalı Ömər Lütfi Paşaya təslim oldu və Rusiyaya tabe olmaqdan imtina etdiyi üçün xain elan edildi. Müharibədən sonra həbs olunaraq əvvəlcə Stavropola, oradan da Voronejə sürgün edildi. Knyazlıq isə ləğv olundu və komendant idarə sistemi gətirildi. Qəbri Abxaziyadadır.

Ailəsi 1845-ci ildə Minqreliya knyazı Niko Dadianinin qızı Mariya Nikolayevna ilə evlənmiş və övladı olmamışdır. 1846-cı ildə başqa bir Minqrel əsilzadəsi Aleksandra Georgiyevna ilə evlənmiş, övladları olmuşdur: Nikolay — uşaqkən öldü. II Georgi Şervaşidze Mixail Şervaşidze — ö. 1899. Anna Şervaşidze — 1836-cı ildə Georgi Levanoviç Qurieli ilə evləndi, bir övladı oldu. Nino Şervaşidze — Şərim bəy Marşania ilə evləndi. ö. 1867. Tamara Şervaşidze — (d. 1846 — ö. 1926) Nikolay Elizbaroviç Dadiani ilə evləndi. Varvara Şervaşidze — (d. 22 iyul 1850 — ö. 27 mart 1946)Aleksandr Feliksoviç von Mayendorf ilə evləndi, 1907–1917-ci illər arası Duma üzvü, 1917–1918-ci illər arası Dumaya vitse-prezidentlik etdi.

İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:Abxaziyada doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər